«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Paxıllıq nədir? Paxıllığın səbəbləri

 

Paxıllıq nədir? Paxıllığın səbəbləri...kimlərə və niyə paxıllıq edirik? Paxıllıq hissini necə aradan qaldırmaq mümkündür?

Paxıllıq başqa bir insanın hansısa bir üstünlüyünü, uğurlarını görən zaman yaranan mənfi hissdir. Bu hissə adətən gözəllik, zənginlik, sağlamlıq, hakimiyyət, istedad, ağıl və s. səbəb olur. Bir çox insanlar özlərini ətrafdakıları ilə müqayisə edirlər. Müqayisə isə paxıllıq hissini yaradan birinci səbəbdir. Mükəmməl olmaq mümkün deyil. Birinin ali təhsili var, o birinin şəhərin mərkəzində böyük mənzili. Birinin gözəl ailəsi var, o biri nüfuzlu iş yerində işləyir. Bir sözlə paxıllıq hissi insanın ürəyinə daxil olmaq üçün dolayısı yollar seçir.

İnsan paxıl doğulmur. Paxıllıq insanın qəlbində uşaq vaxtından kök salır. Məsələn, valideynlər hər zaman öz övladına həmyaşıdlarından kimisə nümünə gətirir, lakin bunu düzgün formada etmirlər. Uşağın da qəlbində sağlam rəqabət hissi əvəzinə paxıllıq, əsəbilik və qəzəb yaranır.

 

Paxıllıq nədir? Paxıllığın səbəbləri

 


 

İnsan əsasən yaxın ətrafında olan insanlara paxıllıq hissi duyur. Elə deyilmi? Məncə də elədir. Hansısa gözəl aktrisaya və ya aktyora paxıllıq hissi yox həsəd aparırıq. Cəmiyyətdə paxıl insanlara mənfi münasibət göstərirlər. Birimizə sual verilisə: "Sən kimə isə paxıllıq edirsən?” Cavab verəcək: "Yox, sən nə danışırsan, mən heç kimin pisliyini istəmirəm”. Çox nadir hallarda kimsə paxıl olduğunu etiraf edər. Lakin bu hissin obyekti olmaq heç də xoşagələn hal deyil.

 

 


 

 

İnsan sözlə bir çox şeyi deməyə bilər, lakin jestlər bunu bildirir. Paxıllıq edən insanın ünsiyyət zamanı hərəkətlərinə diqqət yetirin. Əgər sizi dinlədikcə insan bir qədər qapalı poza alırsa – gözlərini çəkir, əllərini sinəsinə çarpazlayır, özünü narahat hiss edirsə, söhbəti davam edib etməməyiniz haqqında düşünməyə dəyər. Belə ki, o, sizə paxıllıq edir.

Paxıllığın bir müsbət tərəfi var. Burada sağlam rəqabət müşahidə olunur. Bu zaman insan öz daxilində mübarizə aparır, bu hiss irəli getmək üçün stimul verir, onun xəyali rəqibi ağlında olmur.

 

 

Paxıllıq nədir? Paxıllığın səbəbləri

 


 

Bəs, necə edək ki, bu hiss həyatımıza, davranışımıza mənfi təsir göstərməsin? Paxıllıq edərək, həyatımızdan narazı olaraq biz ilk növbədə öz əhval-ruhiyyəmizi korlayırıq. Nəticədə səhv etməyə başlayırıq və öz həyatımızı daha da ağırlaşdırırıq. Düzdür, ətrafımızda heç vaxt heç kəsə paxıllıq etməyən insan tapmaq mümkün deyil. Bu vəziyyətdən çıxmaq üçün özünüzü başqaları ilə yox, özünüz ilə müqayisə edin, öz yolunuzu seçin. Paxıllıq insanın öz daxili dünyasını yeyir. Bu hissi yaşayan insanların özünü qiymətləndirməsi aşağı olur və bunun səbəbini özündə deyil, kənarda axtarır. Paxıllıqdan irəli gələn əməllər və fikirlər insanın həyatı boyu etdiyi yaxşılıqları da heçə endirir. Paxıllıq hissindən müdafiə olunmaq üçün insan özünü dərk etməli, həyatını zənginləşdirməli, həyatında baş verən hadisələrin məsuliyyətini öz üzərinə götürməlidir.

 

Sirliqadın.az


loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: