«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Kişiləri rədd edən qadınların bəhanəsi

 

Kişilərin çoxu həyatlarının müxtəlif dövrlərində bu cür sözləri eşitmək məcburiyyətində qalıblar. Kimlərsə bu "cavabdan” depressiyaya düşür, kimlərsə heç nə olmamış kimi həyatlarına davam edir. Bu "maddələr” yarı-ciddi, yarı-zarafata hazırlanıb, belə şeyləri çox da ürəyinizə salmayın.   Qadınları anlamaq ta qədimdən çox çətin olub, buna cəhd etməyin, məncə. Oskar Uayld boşuna deməyib ki, qadınlar sevilmək üçün yaradılıb, anlaşılmaq üçün yox.  

 

Bu da klassik bəhanələr :  


1. "Sən məndən daha yaxşılarına layiqsən” (sizin yerinizə qərar vermək qadının vecinə deyil, əslində demək istəyir ki, siz kifayət qədər yaxşı deyilsiz).    

2. "Sən, əslində, çox yaxşı insansan, amma...” (məncə, "amma”nı eşidən kimi aradan çıxmalısız, sonrasında eşitmək istəmədiyiniz cümlələr gələ bilər).  

3. "Dost qalaq” (yanımda başqa kişi dostlarımın nələr etdiyini izah edəcək bir adam lazımdı da).  

4. "Kişilərə inamım qalmayıb” (hə, bunu bir az müsbət cavab saymaq olar, bir dəfə də sizinlə sınaya bilər, möhkəm yapışın).  

5. "Problem səndə deyil, məndədir” (bir dəfə kinoya, teatra getməmisiniz, bir kitab üzü açmamısınız, necə olmalıydı ki?!)  

6. "Bu aralar yeni münasibət haqqında fikirləşmirəm. Hazır deyiləm” (fikirləşir əslində, amma sizinlə deyil. Bir həftə sonra başqa adamla görsəniz təəccüblənməyin).  

7. "Aramızda yıxa bilmədiyim bir divar var” (ildə, ayda bir mesaj yazıb, zəng eləyəndə belə olacaqdı da, gecdi).  

8. "Səndən elektrik almıram” (ən axmaq bəhanə budur, bunu deyən qadından elə uzaq olsanız yaxşıdır).  

9. "Səni üzmək istəmirəm” (adama deyərlər, üzmək istəmirsən, hə de, bitsin də).  

10. "Sən heç güzgüdə özünə baxmısan?” (bunu deməkçün bir az da üzlü olmaq lazımdı, Allah yaradıb onu da, nə deyəsən).

11. "Tipim deyilsən” (çox səmimi və açıq cavabdı, "sağ ol” deyib, mədəni sürətdə uzaqlaşın bu qadından).  

12. "Mənə bir az vaxt ver” (yazıqdı bunu deyən qadın, sizi qırmamaqçün özünə əzab verir, gedin, o da rahat olsun, siz də).  

13. "Mənim bağlanma problemim var. Bir adama bağlı qala bilmirəm” ("buynuzlu” görünməkdən çəkinmirsinizsə, bunu deyən qadınla münasibət qurmağa yenidən cəhd edin).  

14.  "Mənim sevgilim var” (sənə itirəcəyim vaxtı evdə pişiyimə sərf edərəm).  

15. "Kaş ki, aramızda bu qədər yaş fərqi olmayaydı” (adətən evli adamlara deyilir bu söz, açıqlaması, "get, boşan, gələrsən”dir).  

16. "Səni qardaşım kimi sevirəm” (sevgili kimi yox, amma yanımda ol, işim düşəndə lazım olursan).  

17. "Bu dəqiqə həyatım çox qarmaqarışıqdı” (köhnə sevgilimlə hələ ipləri tam kəsməmişik, problem lazım deyil).  

18. "Eyni yerdə işlədiyim adamla görüşə bilmərəm” ("dünyada bir sən qalsan, bir mən, sənə "hə” demərəm”, deməkdi bu).  

19. "Nişanlım var” (səninlə bir yerdə olmaqdansa istənilən yalanı deyərəm).  

20. "Bu aralar kariyeramla məşğulam” (işlə məşğul olmaq belə səninlə olmaqdan daha maraqlıdı). 
 
xoshbextqadin.az



loading...




Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: