«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

KİŞİLƏRİN SEVDİYİNİ GÖSTƏRƏN ƏLAMƏTLƏR

Qadınlar sevdiyi kişinin dilindən "Səni sevirəm” sözünü eşitsə də, dərdindən dəli-divanə olduğuna əmin olmaq istəyir. Çünki qadınlar çox çətin varlıqdır, hər şeydən şübhələnirlər, ağlındaki suallar isə bitmək bilmir. Buna görə də, kişinin təkcə sözlərinə deyil, hərəkətlərinə də fikir vermək lazımdır. Sizin dərdinizdən dəli-divanə olduğunu da məhz bundan bilmək olur.


KİŞİLƏRİN SEVDİYİNİ GÖSTƏRƏN ƏLAMƏTLƏR

 

 

 

Sizə hörmət edirsə – Bu, bir kişinin sizə dəli kimi aşiq olduğunun ən yaxşı əlamət hesab olunur. Sizin fikirlərinizə dəyər verməsi, hərəkətlərinizə diqqət etməsi, xırda səhvlərinizə göz yumması, anlayış göstərməsi, sizə olan hisslərinin dərinliyini sübut edir. Ən qəribə hərəkətlərinizi belə problemə çevirmirsə, fərqli fikirlərinizə dərin hörmət bəslədiyini göstərir.

 

Hər kəsin içində yaxınlaşırsa – Sevgilinizin ikilikdə sizə yaxınlaşıb istədiyiniz qayğı və sevgini göstərə bilər. Amma başqa insanların yanında diqqət etmirsə, sizə dəli olduğunu deyə bilmərik. Qadına dəli kimi aşiq olan kişilər öz sevgisini hər fürsətdə göstərmək istəyir. Daha doğrusu öz hisslərinə qalib gələ bilmir. Xüsusən də dostlarının yanında sarılırsa, sizinlə qürur duyduğunu, sevgisini hər kəsə hayqırdığını deyə bilərik.

 

KİŞİLƏRİN SEVDİYİNİ GÖSTƏRƏN ƏLAMƏTLƏR

 


 

Göz kontaktı – Sizə dəli kimi vurulan kişilər siz ona baxdığınız zaman gözlərini əsla çəkmir. Siz başqa bir işlə məşğul olanda gözləri ilə süzürsə, dostlarınızla birlikdə olanda gözlərinizin içinə baxdığını görürsünüzsə, qarşınızda sizə dəli olan bir kişi dayanıb.

 

Hər zaman ağlındasınızsa – Gün ərzində birinci özü zəng edirsə, bəzən sadəcə səsinizə ehtiyacı olduğu üçün zəng etdiyini deyirsə, gününüzün necə keçdiyini soruşursa, sevgilinizin sizə dəli kimi vurulduğundan şübhə etməyin.

 

Problemlərinizi həll etməyə çalışırsa – Sizə dəli olan bir kişi problemlərinizi həll edib həyatınızı asanlaşdırmaq istəyir. Özünüzü pis hiss etdiyiniz anlarda probleminizi həll edirsə, bütün hallarda sizin yanınızda olmaq istədiyini bildirir.

gencaile.az

loading...




Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: