«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Psixoloq Xədicə Aşurova yazır: "...Həyat"

 

Hər bir insanın payına düşür – həyat. Kimisi istifadə edə bilmir bu payından, onu çirkləndirir, kimisi ona verilən bu paydan istədiyi qədər ləzzət alır və gözəlliklər yaradır.
Birinci tip insanlar həmişə yaşadıqları həyatı günahlandırır, "bu nə həyatdır”, "niyə yaşayıram” və "ölmək istəyirəm” deyirlər. Amma bunu başa düşmürlər ki, hər bir insana "həyat” ağ bir vərəq kimi pay verilir. O ağ vərəqdə gözəllik yaratmaq və ya əyri – üyrü xətlər çəkmək insanın öz əlindədir.


İnsanın xarakteri təbiət kimidir. Necə ki, hava gah isti, gah soyuq, gah tutqun, gah da yağışlı olur, insan da elə gah insanlara qarşı isti, gah da soyuq münasibət bəsləyir, gah insanlara qarşı əsəbi olur, gah da içindəki hər şeyi sonrasını fikirləşmədən açıb deyir.


Həmçinin təbiəti də gözəlləşdirmək və ya çirkləndirmək insanın öz əlindədir. Bəzi insanlar bunu başa düşmür ki, yaşadıqları həyat yalnız onlara məxsusdur və müəyyən qaydalar çərçivəsində istədiklərini edə bilərlər. Amma kimisi bircə səhv addımı ilə bütün gözəlliklərdən məhrum olur.
Bizim payımıza düşən ağ vərəq tez ləkə götürür. Bizim əlimizdə ağardıcı olsa belə o vərəqi ağartdığımız zaman həmin yerdə bir ləkə qalır. Bu ləkəni bağlaya bilərik bir başqa vərəq yapışdırmaqla, amma o zaman da yamaqlamış oluruq. Ona görə də heç bir zaman düşünülməmiş addım atmamalıyıq.


Səhv – insana məxsusdur, bəli insan hər bir yaşda səhv edə bilər, çünki həyatı səhvlərin üstündə öyrənirik, amma elə səhv etməliyik ki, o səhv, ağ vərəqə nəzərə çarpacaq ləkə və ya o günə qədər yaratdığımız gözəlliklərə nəzərə çarpacaq əyri xətt qatmasın.
Həyatı başdan – ayağa qara vərəq olan insanlar da var, hansı ki, etdikləri əməllərlə, səhvlərlə həyatlarını qaraltmışlar və öz səhvlərini düzəltməyə çalışmadıqca, o vərəqi ağartmaq daha da çətinləşir.


Bəzən insanlar deyir həyatımda yeni səhifə açacağam. Soruşsan bundan fərqli cavab almazsan, hamısı deyər "bundan əvvəl ki, yaşamımda çox səhv etmişəm, artıq yeni səhifə açacağam bir də o səhvləri etməyəcəm”. Amma düşünmürlər ki, yeni səhifə açmaqla əvvəlki səhifələri cırıb, sonra da yandırmaqla onun külünü – yəni həyatında qoyduğu izləri yandıra bilməzsən.
Həyat ağaca bənzəyir sulasaq, qayğısına qalsaq, ətrafındakı kələ – kötürü təmizləsək həmişə bəhrəsini görərik, amma sulamasaq quruyub gedər. Ona görə də gərək etdiyimiz hər bir işdə, atdığımız hər bir addımda məsuliyyətli olaq.


Çalışaq ki, həyatımızdakı vərəqlərdə gözəlliklər yaradaq. Tikdiyimiz evin bünövrəsini möhkəm qoyduğumuz kimi, həyatımızın da bünövrəsini möhkəm qoyaq. Əvvəldən möhkəm olmasa, evi tikib qurtarandan sonra necə əyrilik bilinirsə, həyatımızda da bu nəzərə çarpacaq. Sonradan gec olmamağı üçün əvvəldən yüz ölçüb, bir biçməliyik. Hamıya həyatında uğurlar arzu edirəm…


Psixoloq Xədicə Aşurova
xoshbextqadin.az


loading...




Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: