«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Xalına görə insanları necə tanımalı?

Xalq arasında xalla bağlı çoxsaylı fikirlər var. Məsələn, bəziləri düşünür ki, bu düşmənin çoxluğundan xəbər verir. Bəziləri isə əmindirlər ki, bədəndə xalın çox olması dəri xərçəngi riskinin çox olması deməkdir. Britaniyadan olan alimlər isə bildiriblər ki, bunların heç biri düz deyil. Əksinə, bədəndə nə qədər çox xal olarsa, o qədər yaxşıdır.
 
Londonda yerləşən Krallıq kollecinin alimləri belə bir nəticəyə gəliblər: insanın bədənində yüzdən çox xal varsa, bu o deməkdir ki, onun sümükləri möhkəmdir. Xali olan adamlar daha iti görürlər, sağlam ürəkləri və inkişaf etmiş əzələləri olur. Bununla yanaşı xallı adamlar yaşlarından 7 il cavan görünürlər. Alimlər bu nəticəyə 1200 əkiz üzərində apardıqları müşahidələrdən sonra gəliblər. Könüllülərin yaşı 18-79 arası olub. Lakin alimlər həm də bildirirlər ki, bəzi hallarda xal həyat stilindinən, hemetikadan da asılı olur.
 
Bəs bilirdiniz ki, üzdə və bədəndəki xalların yerinə görə insanın xarakterini müəyyən etmək mümkündür?

 

Yanağında xal olan qadın

 

Xalına görə insanları necə tanımalı?

 


Sağ yanağında xal olan qadınlar tez-tez qarşı cinsin diqqət mərkəzində olurlar. Bu xal hələ uşaqlıqda yaranmış istedada işarə edir. Belə qadınlar rəssam, yazıçı, bəstəkar ola bilirlər. Qadınlar üçün bu gözəllik işarəsidir. Lakin həm də bu cür qadınlar balanslı olmurlar, depressiyaya meylli olurlar. Sağ yanağında xal olan kişilərin həyatı uğurlu olur. Onlar ailədə də xoşbəxt olurlar.
 
Dodaqlarında xal olan qadınlar

Xalına görə insanları necə tanımalı?

 


Belə qadınlar adətən güclü və hakim xarakterli olurlar. Onlar təbiətcə liderdirlər və kişiləri əzirlər. Belə qadınlar heç də həmişə ərləri və uşaqları ilə mehriban olmurlar. Amma onlar cəmiyyətdə özlərinə yer tuta bilirlər, gözəl karyera qururlar.


 Boğazında xal olan qadınlar
 Boğazında xal olan qadınlar çox dəyişkəndirlər. Amma həm də düzlüyə meyllidirlər. İntriqalardan qaçırlar. Tez-tez zövqləri dəyişir. Bəzən sevgililərini də dəyişirlər. Hətta ərlərinə xəyanət də edə bilərlər, lakin heç vaxt bunu gizlətmirlər. Etiraf edirlər. Onlar çox zərifdirlər. Dərin sevgi hisslərinə malikdirlər. Özlərini bir adama həsr edə bilərlər lakin bu adam olmasa tək qalırlar və fikirlərini uşaqlarının tərbiyəsinə yönəldirlər. Onun üçün ilk növbədə evdir. Tez-tez analarının taleyini təkrarlayırlar.


 Alında xal
Alnında xalı olan adamlar dövlət xadimləri, müdrik siyasətçi və diplomat olurlar. Bu insanlar çox enerjilidirlər, amma onlar üçün əsas olan şey xırdalığa getməməkdir. Qaşların arasında xal olarsa bu o deməkdir ki, həmin adam gələcəyi görə bilər. Belə xal çox nadir insanlarda olur. Hesab edilir ki, o "üçüncü gözdür". Alnın yuxarısında yerləşən xal isə həmin adamda çox güclü təşkilatçılıq qabiliyyətinin olmasından xəbər verir.
 
Gözlərin altında yerləşən xal
Zəriflik və mehribanlıqdan xəbər verir. Belə insanlar özlərini qurban verməyə həmişə hazır olurlar.
 
Almacıq sümüyünün üstündə yerləşən xal
Qərarlı insanlardan xəbər verir. Belə adamlar bütün həyatlarını ideyalarına həsr edə bilirlər. Bu adamlarda möhtəşəm natiqlik qabiliyyəti olur.
 
Başda, saçın altında yerləşən xal
Bu cür xal adətən düşüncə adamlarında, alimlərdə olur. Bu həm də xarakterin gizliliyindən xəbər verir. Hesab edilir ki, belə insanlar keçmiş həyatlarında cinayət törədiblər.
 
Sağ gicgahda yerləşən xal
İncə intuisiyadan, gələcəyi görmə istedadından xəbər verir. Hesab edilir ki, bu cür xalı başqalarından gizlətmək lazımdır.
 
Qulaqlarda xal
Adətən lovğa insanlarda olur. Onlar bu lovğalıqlarından daha çox özlərini müdafiə üçün istifadə edirlər. Amma bu insanlar söz verib yerinə yetirmirlər. Aldatmağa və oğurluğa meyllidirlər.
 
Dildə xal
Dilində xal olan adamlar çox danışırlar, dinləməyi bacarmırlar. Onlar özlərini saxlaya bilmirlər.
 
Çiyində xal

Xalına görə insanları necə tanımalı?

 


Belə insanlar keçmişdə həll edə bilmədikləri problemlərin yükü altında əzilirlər. Onlar güclü insanlardırlar, amma qərar verə bilmirlər.
 
Sinədə xal
Qədim dövrlərdə bu xal təhlükəli sayılırdı. Əgər xal sol tərəfdədirsə və qadındadırsa deməli o bədbəxt sevginin qurbanı olacaq. Əgər sağdadırsa, deməli qadın sadiq həyat yoldaşı və yaxşı ana olacaq. Kişilərdə bu xal təmiz məqsədlərdən və insanlara sevgidən xəbər verir. Döşlərdə yerləşən xaldan isə qurtulmaq lazımdır. Onlar xəstəlikdən və bədbəxt hadisədən xəbər verirlər.
 
Çənədə xal
Bu xalın sahibləri güclü iradəyə malikdirlər. Onlar başladıqları istənilən işi sona çatdıra bilirlər. Kişilərdə əgər xal çənənin sağ tərəfində yerləşirsə deməli onda acgözlük və paxıllıq var. Sol tərəfdə yerləşirsə qabağa getmək və özünü mükəmmələşdirmək məqsədi daşıyırlar. Qadınlarda əgər xal çənənin sağ tərəfində yerləşirsə xoş əlamətdir. Onlar öz güclərinə inanırlar.
 
Kürəkdə xal
Ətrafdakılara və özünə qarşı tələbkarlıqdan xəbər verir. Slavyanların inanclarına görə belə xal başqa insanlar tərəfindən xəyanət ediləcəyindən də xəbər verir. İstisna deyil ki, bu insanlar keçmiş həyatlarında xəyanətdən əzab çəkiblər. Bu cür insanlar diqqətli olmalıdırlar.
 
Əllərdə xal
Əlin içində xalı olan adamlar çox inciyən olurlar. Əgər iki xal varsa deməli bu adamlar kobudluğa və diqqətsizliyə qarşı həssasdırlar. Əllərində xalı olan qadınlar nikahda xoşbəxt olurlar. Sağ əllərində xal olan kişilərin yaxşı enerjisi olur. İnsanlar onun iradəsinə tabe olurlar. Belə kişilər həyata nikbin baxırlar. Pul qazana, sərbəst ola bilirlər.
 
Barmaqlarda xal
Barmaqlarında xal olan adamlara daha tez göz dəyir. Amma bu xalın yaxşı keyfiyyətləri də var. Belə insanlarda əl işləri gözəl alınır.
 
Dizlərdə xal
Dizlərdə xal çox səbrsiz insanlarda olur. Əgər bu xal hər iki dizdə varsa deməli şəxs olduqca səbrsizdir. Onlar tez-tez yeriyirlər, həmişə tələsirlər. Bir işə başlayarkən tez bitirməyə can atırlar.
 

Milli.az

loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: