«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Körpənin dil açmasını necə sürətləndirmək olar?

 

Nitqin normal inkişafı üçün övladınızla ünsiyyətə kifayət qədər vaxt ayırın:Övladınıza yalnız adını çağıraraq müraciət edin, nəinki söhbət edərkən, hətta altını dəyişərkən, yeridərkən onun üzünə baxaraq danışın. Unutmayın, ünsiyyət hər şeydən əvvəl  qeyri-verbal, yəni vücud dili ilə başlayır.


Onun üçün tez-tez mahnılar oxuyun. Uşaqınızın asanlıqla anlaya və cavab verə biləcəyi cümlələrdən, emosiona ifadələrdən istifadə etməklə yüksək tonda və aydın şəkildə danışmağınız, eyni sözü dəfələrlə təkrarlamağınız işə yarıya bilər. Məsələn, "parka getməyimiz səni sevindirdi, elə deyil mi?" və ya "yıxıldığında çox ağrıdın?" şəkildə ifadələr körpənin öz duyğularını daha rahat ifadə etməsinə kömək edəcəkdir.


Körpənizlə söhbət edərkən qabarıq mimika və geniş açılmış gözlərlə ona diqqətini sizə yönəltməsi üçün kömək edin.
Hər hansı bir kəlmədən yalnış istifadə etdiyi zaman övladınızın səhvini düzəltmək əvəzinə doğru təlləfüzlə körpənin sözün düzgün formasını öyrənməsini təmin edin. Söhbət zamanı"bəli" və ya "xeyir" deyil, daha uzun cavab tələb edən suallardan  istifadə edin: Məsələn, "puzzle ilə oynamaq istəyirsən, yoxsa ayıcıqla?"
Övladınızın "nə" və "niyə"ilə başlayan sual cümlələrini cavablandırmaqla onun səbəb-nəticə əlaqəsini öyrənməsinə kömək edəcəksiniz. Sualın cavabını bilmədikdə belə bunun etiraf etməkdən çəkinməyin. 


Təkrar şəkilə eyni səsi çıxaran oyuncaqlar körpənizin daha sürətli danışmasına təkan verəcəkdir. 
Gündəlik fəaliyyət proqramınızla bağlı ona vaxtaşırı məlumat verin. Məsələn "indi evə gedirik", "indi yemək vaxtıdır" və s.


Əqli və emosional inkişaf nəticəsində körpənin gördüklərini, eşitdiklərini, hiss etdiklərini və düşündüklərini ifadə etmək üçün sözlərdən istifadə etməyə başlaması ictimailəşmənin ilkin mərhələsi hesab olunur. Uşaqların dil açması fərdi xarakter daşıyan proses olduğu üçün valideynlər "övladım gec danışacaq" deyə təlaşa düşməməlidir.

xoshbextqadin.az


loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: