«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Ağrısız doğum üsulları


Hamilə qadınların necə doğacaqlarına qərar verməsində ən çox narahat olduqları mövzu normal doğum əsnasında çəkəcəkləri ağrıdır. Bir çox qadın doğum ağrısından qorxduğu  üçün qeysəriyyə yolu ilə doğumu seçir. 
 Doğum ağrısının azaldılması və yox edilməsində müxtəlif dərmanlardan  istifadə edilə bilər, bu  qadınların gözlərini qorxudan doğumu   ağrısız edə bilər. Hamilə qadınların hamiləlik və doğum  haqqında məlumatlanmaları doğumun dövrlərini və bu dövrlərdə necə davranmaları lazım olduğunu öyrənmələri, hamiləlik boyunca doğuma hazırlıq məşqlərinin edilməsi doğumu daha ağrısız keçirmələrində böyük rol oynayır. Doğumun fərqli mərhələlərində ağrı azaldıcı dəyişik üsullardan istifadə edilə bilər:

 Lokal anesteziya:
Körpənin doğumu əsnasında edilən kəsiklər və ya da doğum sonrası yaranan cırıqların tikilməsindəki ağrını önləmək məqsədi ilə lokal anestezik maddələr əməliyyatın ediləcəyi sahəyə yeridilir.  Bu şəkildə doğumdan  sonrakı  əməliyyatlar əsnasında ağrı duyulmaz. 
 
Epidural anesteziya:
Ən çox istifadə edilən ağrısız doğum üsullarındandır. Doğumun əvvəlindən  etibarən təsirli doğum ağrılarının hiss edilməsini önləmək, doğum əsnasında yaranan ağrı və doğum sonrasında ola biləcək ağrıları önləmək üçün istifadə edilir. Bu əməliyyatda ana huşu açıq olaraq doğumu izləyə  bilir. Lokal anestezik maddələrin qana sürətli keçməsinə rəğmən  təzyiq düşməsi, ürək sürətində yavaşlama və daha nadir  olsa da daha ciddi yan təsirləri ola bilər. 
 
Spinal anasteziya:
Beldən onurğa aralığından girilib onurğa iliyi pərdəsi içinə lokal anestezik maddə yeridilərək 5- 10 dəqiqə içində anestezi təmin edilir. Qısa davamlı müdaxilələrdə istifadəsi təklif edilir. Ümumi anestezi alması təhlükəli olan xəstələrin qeysəriyyə ilə doğumu əsnasında istifadə edilir. Xəstənin huşu açıqdır. Anesteziya  əsnasında təzyiq və tənəffüs yaxından izlənilməlidir. Təzyiq düşməsi, baş ağrısı, nadir olaraq tənəffüsün çətinləşməsi yan təsirlərindəndir.
 
Ümumi anasteziya:
Normal doğum əsnasında istifadə edilmir, ancaq problem olduqda  ehtiyac olarsa istifadə edilir. Qeysəriyyə ilə doğumda istifadə edilə bilər, bu sırada ananın huşu bağlıdır. Dərmanlara bağlı və  ya da müdaxiləyə bağlı ağciyər ürək problemləri kimi ümumi anestezinin yan təsirləri ola bilər.
 
xoshbextqadin.az


loading...




Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: