«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Zahılıq dövrü.Doğuş sonrası gigiyena

Zahılıq dövrü.Doğuş sonrası gigiyena

 

 
 
 
Zahılıq dövrü.

Doğuşun dərhal ardından başlayan və altı həftə davam edən müddətinə zahılıq dövrü deyilir. Bu dövrdə hamiləliyin qadında yaratdığı fizioloji və psixoloji dəyişmələr hamiləlik əvvəlki halına dönür. Hər orqanın və sisteminin hamiləlik əvvəli halına dönməsi müayyən müddət çəkir. 
Zahılıq dövrü - çox erkən, erkən və gec adlanan üş dövrə ayrılır.
1 - çox erkən zahılıq dövrü: doğuşdan sonrakı ilk 24 saatı;
2 - erkən zahılıq dövrü: doğuşdan sonrakı birinci həftəni;
3 - gec zahılıq dövrü: qalan 5 həftə müddəti təmsil edir.
Zahılıq dövrünün xüsusiyyətləri və məsləhətlər.


DOĞUŞ SONRASI GİGİYENA:

Əllər tez yuyulmalıdır. Tikişləri təmizləmək üçün aseptic məhlullar (məsələn Betodin) istifadə olunmalıdır. Təmizlik vaxtında edilməlidir. Istifadə olan bezlər yumşaq, təmiz, rəngsiz və qoxusuz olmalıdır. Bezlər tez-tez dəyişdirilməli, pambıqlı alt paltar seçim edilməlidir.Tikişlərdə doğuşdan sonra ilk bir neçə gün şişlik, gərginlik və narahatlıq ola bilər, oturmağda çətinlik yaşana bilər. Tikiş ipləri alınmır, özbaşına düşür. Təmiz olduqda yara 1-2 həftə ərzində bərpa olur. Qanaxma normaldan çox olsa (1 saatdan daha tez bezin tamamilə ıslanması), atəş yüksəlməsi və ya axıntıdan pis qoxu olsa həkimə müraciət edilməlidir. Qeysəriyyə kəsiyi olanlarda, tikiş bölgəsində şişkinlik, qızartı və axıntı olsa da həkimə müraciət edilməlidir. Normal doğuş sonrası qadın mümkünsə hər gün ilıq duş almalıdır.

QİDALANMA.

Ədviyyətli, acılı, yağlı və qızartma qidalardan uzaq durmaq məsləhətlidir. Sulu qidalara üstünlük verilməlidir. Nikotin, spirt kimi maddələr istifadə edilməməli, çay və qəhvə istehlaktan qaçınmalıdır. 


İSTİRAHƏT VƏ YUXU. 

Doğuş sonrası ana yorğunluq, ağrılar, körpənin qidalanması, baxımı səbəbiylə istirahət və yuxuya kifayət qədər zaman ayıra bilməz. Bunun üçün ailənin digger üzvlərindən kömək alınmalıdır. Geceleri əmizdirmə səbəbi ilə yuxu tez-tez bölündüyündə gün ərzində ən az 2 saat istirahət və yuxuya zaman ayırmalıdır. Zahılıq dövründə ağır işlərdən uzaq durulmalıdır. 


BƏDƏNİN ƏVVƏLKİ GÖRÜNÜŞƏ QAYİTMA 

Hamiləlik əvvəli çəkiyə qayıtmaq üçün tələsik edilməməlidir. Ayda 2 kilodan çox kilo itkisi uyğun deyil. Bədən çəkisi, doğuşdan 6 həftə sonra köhnə halına dönməyə başlayacaq. Əmizdirən anaların uşaqlıqın və qarın əzələləri köhnə halına daha asan gəlir. Doğuş sonrası bir müddət sallanan və böyük qarın üçün sarğı və ya korset istifadə etməlidir. Bunun üşün fiziki məşqlər faydalı olur. Həftədə ən az 3 dəfə 20-30 dəqiqə müddətlə məşq edilməlidir.

 

DƏRMAN İSTİFADƏSİ

Lazımlı görülsə həkim tərəfindən ağrı kəsici, antibiotik və vitaminlər təyin oluna bilər. Həkimin təklifi olmadan heç bir dərman istifadə edilməməlidir. Dəmir dərmanları da, doğuşdan 3 ay sonrasına qədər istifadə edilməyə davam edilməlidir. Ananın istifadə etdiyi dərmanların "ana südü" ilə körpəyə keçə biləcəyi bilinməlidir.


QARIN AĞRISI

Doğuş sonrası görülən qarın ağrısı uşaqlıqın sıxılması və kiçilməsi ilə əlaqədardır. Əmizdirmə də uşaqlıqın sıxılmasını sürətləndirir. Qarın ağrısı 48 saat ərzində yüngülləşər.


DOĞUŞ SONRASI CİNSİ ƏLAQƏ

Doğuşdan sonra, zahılıq dövrü ərzində (42 gün) cinsi əlaqə təxirə salınmalıdır. Cinsi əlaqədə hamilə qalabileceği unudulmamalıdır. Ana və körpə sağlamlığı üçün bir ildən daha qısa müddətdə hamiləlik məsləhətli deyil. Qadın hekimi ilə mesləhətləşib qorunma üsulu seçmələdir.

 

Ginekoloq Nərminə Əskərova

Sirliqadın.az


loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: