«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Hamiləlikdə çəki necə artmalıdır? (həkim məsləhəti)

 

Hamiləlikdə çəki necə artmalıdır?


Həkim-Ginekoloq Nərminə Əsgərova xoshbextqadin.az üçün yazır: 


Hamiləlikdə alınan kilolar mövzusunda diqqətli olmaq lazımdır. Həddindən çox və ya az kilo almaq körpəyə zərərli ola bilər. Hamiləlik əsnasında neçə kilo almağınız lazım olduğu, hamiləlik əvvəli neçə kilo olduğunuzla əlaqəlidir. Hamiləlik əsnasında doğru kilo alışı körpənin sağlamlığı üçün əhəmiyyətlidir. Çox az kilo alan qadınlarda körpənin aşağı kilolu doğulması ehtimalı vardır. Həddindən çox kilo alan qadınlarda isə körpənin erkən doğumu və çox kilolu doğumu söz mövzusudur. Eyni zamanda diyabet, yüksək təzyiq və varikos problemləri ola bilər. Ümumiyyətlə, hamiləlik dövründə qadının gündəlik əlavə 300 kaloriyə ehtiyacı vardır. Yenə də tam olaraq neçə kaloriyə ehtiyacınız olduğu, hamiləlik əvvəli kilonuzla mütənasibdir.


Hamiləlik əsnasında kilo alışı ilə əlaqədar aşağıda bəzi cədvəllər var. Hamiləlik dövrü qadının normal çəkisində başladısa, 9 ay ərzində 11-15 kilo arasında alına bilər. Birinci 3 ayda 500 qr - 2 kilo alacağınız fərz edilsə, ikinci və üçüncü 3 aylarda hər həftə 500 qr qədər kilo ala bilərsiniz.


Hamiləlik əksik çəkidə başladısa, 9 ay ərzində bir az daha çox kilo etmənizdə fayda var. Çünki zəif ana namizədlərinin körpələrinin kiçik doğma ehtimalı vardır. Ümumiyyətlə 12-18 kilo alışı tövsiyə edilir. Birinci 3 aylarda 500 qr - 2 kilo alacağınız fərz edilsə, ikinci və üçüncü 3 aylarda həftədə 500 gr'dan çox kilo almağa fayda vardır.
Hamiləlik dövrü çox artıq çəki ilə başladısa, 9 ay ərzində 6-11 kilo arasında alına bilər. Birinci 3 ayda 500 qr - 2 kilo alacağınız fərz edilsə, ikinci və üçüncü 3 aylarda hər həftə 250 qr qədər kilo alına bilər.
Kilolar nəyə gedir? Kilo'nun təxminən analizi:
Qan 1,3 kq
Süd vəzilər 900 qr
Uşaqlıq 900 qr
Körpə 3,4 kq
Cift (plasenta) 600 qr
Amniotik sular 900 qr
Yağ, zülal və digər qidalar 3,20 kq
Maye tutulması (fizioliji odem) 1,80 kq.


Hamiləlik və çox kilolar.


Əgər bir qadın hamiləlik əvvəli çox kiloludursa, bəzi sağlamlıq riskləri ilə qarşı-qarşıyadır. Ancaq öz və körpəsinin sağlamlığını qorumaq üçün bəzi pillələri təqib edə bilər. Artıq çəki problemi olan hamilələr üçün sağlamlıq riskləri vaddır. Bədən kütlə indeksi çox olan qadınların hamiləlik dövrlərində yüksək təzyiq və diyabet kimi problemləri ola bilər. Doğum əsnasında problem yaşaya bilərlər, körpələrində ciddi sağlamlıq problemləri inkişaf edə bilər. Bədən kütlə indeksi, nə qədər çoxdursa, qeysəriyyə kəsiyi nisbəti o qədər çoxdur. Digər hamilələrə müqayisədə kilolu hamilələrin Qeysəriyyə kəsiyi sonrası dövürdə də problemlər yarana bilər.
Bu səhiyyə problemlərini önləmək üçün hamilə qalmadan əvvəl nizamlı check-up'ları əhəmiyyətlidir. Əgər artıq çəkiniz var bir diyet köməyiylə kilo verə bilərsiniz, sağlam bir pəhriz tətbiq və idman edə bilərsiniz. Əgər hamiləlik başlanğıcında çox kiloluysanız, əsla pəhriz etməyə başlamayın. Bu sırada edilən diyetlər körpənizin böyüməsi və inkişafı üçün ehtiyacı olan qidaları almasını mane olur.



Ginekoloq Nərminə Əskərova
xoshbextqadin.az



loading...


Qalereya




Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: