«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Körpənizi gəzintiyə çıxararkən bunları unutmayın

 
 
Körpəylə çölə çıxarkən ehtiyac duyulan hər şeyin bir çantada olması anaların işini asanlaşdırır. 
Bəs körpənizlə çölə çıxarkən körpə çantasında nələr olmalıdır?

Körpənizi gəzintiyə çıxararkən bunları unutmayın

 


 Əvvəlcə  yalnız körpənizin əşyalarını qoyacağınız bir çanta alın. Bu çantanın rahat, praktik və körpəniz qucağınızdaykən belə rahatca daşıya  və aça biləcəyiniz bir rahatlıqda olması lazımdır.
Körpə çantasında lazım olanlar: 3-4 ədəd körpə bezi, quru və nəm salfetka,   uşaq kremi, pambıq parçadan ehtiyat paltar, cırtcıtlı bodi,  6 aydan böyükdürsə əmzikli su qabı, yemək qabı,  önlüklər,  ğünəş kremi, həşarat əleyhinə krem, mövsümi  papaqlar, mövsümə görə  bir örtük, sevdiyi bir oyuncaq... 

Körpələr yayda daha çox tərlədiyi üçün paltarları tez-tez dəyişdirilməlidir.Təmiz pambıqdan olan  parçalardan hazırlanan paltarlar  körpələri daha az tərlədər. Bu səbəbdən  pambıqlı paltarları seçin. Tərlədiyi zaman təri üstündə qurumadan paltarlarını dəyişdirin. Körpələrin başları çox tərlədiyi üçün avtomobildə oturarkən başının altına incə bir örtük sərməniz məsləhətdir. Susuzluğunu  önləmək üçün körpənizi tez-tez əmizdirin, altı  aylıqdan böyükdürsə kifayət qədər su içməsini təmin edin.
 
Sirliqadın.az

loading...




Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: