«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

1 yaşdan kiçik uşağa hansı oyuncaqları alaq? – Valideynlərə məsləhət

 

Doğru oyuncaq seçimi 1 yaşdan kiçik uşaqların beyin inkişafına yardım edib tez öyrənməsinə kömək edir. Bəs bu yaşda uşaqlara hansıoyuncaqlar alınmalıdır? Xoshbextqadin.az bununla bağlı valideynlərə bəzi məsləhətlər təqdim edir.

 
Uşaqların ən yüksək səviyyədə inkişaf etdiyi dövr 0-2 yaş arasıdır. Buna görə bu dövrdə uşağınızın hərəkətlərini aktiv hala gətirə bilmək sizin əlinizdədir. Duyğularının formalaşdığı və reaksiyalarının beyin inkişafı ilə əlaqəli olduğu 1 yaşdan kiçik dövrdə uşağınızı yatızdırarkən, çimizdirərkən belə, hərəkətlərinin formalaşması üçün oyuncaqlardan istifadə etməlisiniz.
 
Ancaq oyuncaq seçimi edərkən uşağınıza zərər verməyəcək və inkişafına, böyüməsinə mənfi təsir etməyəcək oyuncaqlar seçməlisiniz. 1 yaşdan kiçik uşaqlar üçün bəzi oyuncaqların təhlükəli ola bilmə ehtimalını unutmayın.
 
Körpə doğulduğu aydan beşiyə asılan musiqili, rəngarəng oyuncaqlar körpənin görmə, eşitmə qabiliyyətinin formalaşması baxımından çox mühümdür.
Zınqırovlar körpənin əl, ağız və göz koordinasiyasının inkişafını təmin edir. Oyuncaq seçərkən səsli, asan yuyulan, dişləyəndə qopmayanları seçin.
 
Uşağınızın bütün duyğu orqanlarının fəallığının artırılması üçün rəngarəng, işıqlı və səsli oyuncaqlar alın. Oyuncaq körpənin əl ilə tuta biləcəyi, dişləyəndə qopmayacaq orta yumşaqlıqda olmalıdır. Çimərkən də oynaya biləcəyi plastik oyuncaqlar seçə bilərsiniz.
 
Oynaması üçün kiçik və yüngül bir top alın. Topun ardınca getməklə iməkləməsi də formalaşar. Iç-içə keçən halqa şəklində oyuncaqlar beyin inkişafını təmin edir. Oyuncağın tüklü olmamasına diqqət edin.
 

xoshbextqadin.az


loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: