«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Soyuducudakı pis qoxuya qarşı nə etməli?

Bəzən soyuducunu açdıqda ordan gələn qoxu soyuducudakıları yeməkdən vaz keçməyimizə səbəb olur. Soyuducuda pis qoxu adətən ondan az istifadə olunduqda yaranır. Çünki soyuducunun qapısı açılmırsa bu o deməkdir ki, hava sirkulyasiyası yoxdur. İkinci səbəb isə itmiş və xarab olmuş məhsullar ola bilər. Soyuducudakı qoxu çox tünd və hopucu olur. Ondan canınızı qurtarmaq elə də asan deyil. İyi itirmək barədə bir neçə üsulu diqqətinizə çatdırmaq istəyirəm.

 

 

Soyuducudakı pis qoxuya qarşı nə etməli?

 


 

1 - ci üsul:
Soyuducunu söndürüb, içindəkiləri boşaldın. Bundan sonra sabunlu suda isladılmış əski ilə soyuducunun içini silin. Mümkün qədər bütün görünən yerləri silmək lazımdır. Sildikdən sonra sönülü şəkildə qapısını açıq qoyub bütün gecəni saxlamaq lazımdır. Bu soyuducunun havalanmasına və iyin itməsinə kömək edəcək. Bundan sonra soyuducunu qoşub içini yenidən doldurmaq olar.

2 - ci üsul:
1 stəkan su götürün, içinə 2 çay qaşığı limon turşusu qatın. Əgər limon turşusu yoxdursa təzə limonun sıxıb suyundan istifadə edə bilərsiniz. Yaranan məhlulda salfeti isladıb soyuducuda yerləşdirin. Amma bunu etməzdən əvvəl soyuducunun içində olan xarab məhsulları çıxarmaq və təmizləmək lazımdır. Bir sutka ərzində salfet soyuducudakı pis qoxunu özünə hopduracaq. Əgər qoxu çox tünddürsə bir neçə salfet qoya bilərsiniz.

3 - cü üsul:
Bu üsuldan profilaktika kimi də istifadə edə bilərsiniz. Soyuducunun qapısında açıq soda qutusu saxlamaqla pis qoxunun yaranmasının qarşısını almaq olar. Bu qutunu soyuducuda müntəzəm dəyişməklə daim saxlamaq olar.

4 - cü üsul:
Bu üsuldan qoxu çox tünd olduqda istifadə edə bilərsiniz. Bunun üçün sizə 100 qr toz şəklində olan aktivləşdirilmiş kömür lazım olacaq.Kömür soyuducudakı məhsullara ziyan verməyəcək və qoxunu çox effektiv götürəcək.

 

blogspot.com

 


loading...




Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: