«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Qazan və tava təmizləmə üsulları

 

 

Qazan və tava təmizləmə üsulları

 


 

Qabartma tozu: Daha güclü təmizləyici vasitə axtarırsınız? Elə isə həmişə istifadə etdiyiniz yuyucu vasitəyə 2 xörək qaşığı qabartma tozu əlavə edin. Yağların necə asanlıqla təmizləndiyuinin şahidi olacaqsınız.

Mineral su: Yeməklər tökmə dəmir tavada və ya qazanda bişirildikdə çox ləzzətli olur. Amma bu ağır qabları təmizləmək çox çətindir. Ancaq tava və qazanlarınıza tam soyumamış, ilıq olduğu halqa bir qədər mineral su əlavə etsəniz, onlar yaxşı təmizlənəcək. Qazlı mineral su qabın dibinə yapışmış yeməklərin asanlıqla çıxmasına kömək edəcək.

Alüminium folqa: Tava və qazanları süngərlə təmizləməyə məcbur deyilsiniz. Bir ovuc dolusu alüminium folqanı əzin, tava və qazanlarınızı sürtmək üçün ondan istifadə edin.

Protez diş təmizləmə həbləri: Emallı tava və qazanlarınızdakı ləkələri protez diş təmizləmə həbləri ilə asan şəkildə təmizləyin. Yemək qabınızı ilıq su ilə doldurubŞ qabın böyüklüyündən asılı olaraq 1-2 həb atın. Qabarcıqların yaranmasını gözləyin, qazanlarınızın təmizləndiyini görəcəksiniz.


Yumuşaldıcı: Qazanların diblərini sürtməyi unudun. Bunun əvəzinə maye yumşaldıcılardan istifadə edə bilərsiniz. Qazanları su ilə doldurun və bir qədər yumşaldıcı əlavə edib, 1 saat gözləyin. Xörək qalıqları asanlıqla axıb gedəcək.


Soyuducu kamera: Əgər tava və qazanlarınızda yemək yanıb yapışıbsa, onda onları soyuducunun buz kamerasında bir neçə saat saxlayın. Yanmış yemək qalıqları donduğu zaman daha asan təmizlənir.

 

 

Qazan və tava təmizləmə üsulları

 


 

Ketçup: Mis qazan və tavalar və ya dekorativ mis qablar solğunlaşır və qaralır. Bahalı təmizləyici vasitələrin əvəzinə onları ketçupla təmizləsəniz bu sizə daha asan və ucuz başa gələ bilər. Qablara nazik təbəqə ketçup çəkin, 5-30 dəqiqə gözləyin. Kettçupdakı turşu pasla reaksiyaya girir və pasları yox edir. Sonra qabları adi su ilə durulayın.


Limon: Limon ilə qaralmış tava və qazanlarınızın işərisini və çölünü parlaqlaşdıra bilərsiniz. Bir limonu kəsin və ½ limonla onları sürtün və yumşaq bir bezlə cilalayın.


Kapron corab: Təmiz və köhnə kapron corabı top şəklinə salıb, bir az isladın. Onu bir qədər yuycu vasitəyə batırın. Kapron corabla mükəmməl təmizliyə nail olacaqsınız.

 


Duz: Emallı qablardakı yanıq ləkəsini təmizləmək üçün içərisinə duzlu su töküb gecə boyunca saxlayın. Ertəsi gün qabdakı duzlu suyu qaynadın. Ləkələr asanlıqla təmizlənəcək. Yanmış süd ləkəsi çətin təmizlənən ləkələrdəndir. Yanmış qazanı isladıb düz səpin. 10 dəqiqə sonra qazanı sürtün. Bundan əlavə, duz yanmış süd qoxusunu da yox edəcək. Dəmir tavadakı yağları da tavanı yumazdan əvvəl düz səpməklə təmizləyə bilərsiniz. Tuz yağın daxilinə nüfuz edir.


Sirkə

: Alüminium qablardakı tünd ləkələri çıxartmaq üçün 1 stəkan suyun içərisinə 1 çay qaşığı sirkə əlavə edin. Bu qarışığı 1 neçə dəqiqə qaynadın. Qabı soyuq su ilə durulayın. Paslamış polad qablardakı ləkələri çıxartmaq üçün isə qablarınızı yarım saat 2 stəkan sirkənin içərisində saxlayın. İsti, sabunlu su ilə duruladıqdan sonra soyuq su ilə təkarar durulayın.


 

 

 

 

 

 

 

 


Sirliqadın.az

 


 

 

 

 

 

 

 



loading...




Reytinq: +3
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: