«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Paltar ütüləməyin incəlikləri

 

Paltarların ütülənməsi kifayət qədər mürəkkəb prosesdir. Düzgün ütüləmə paltarın görünüşünü yaxşılaşdırır. Düzgün olmayan ütüləmə isə paltarları korlaya bilər. Beləliklə, düzgün ütüləmənin bəzi qaydalarını təqdim edirik:

 

– Sağdan sola və paltarın gen hissəsindən dar hissəyə kimi ütüləmək lazımdır. Paltarları  eninə yox, uzununa ütüləyirlər.

– Əvvəl paltarların xırda detallarını ütüləyirlər – qolları, yaxalıqları, manjetləri, büzmələri, cibləri, naxışları, krujevaları.

– Ütülədiyiniz paltar nə qədər nazik olsa, onun altındakı səth bir o qədər qalın olmalıdır və əksinə. Nazik paltarları ütülədikdə ütü stolunun üzərinə bir neçə qat qatlanmış qalın ədyal qoyun. Qalın paltarları ütülədikdə isə ütü stolunun üzərinə nazik parça sərin.

– Heç vaxt ləkəsi olan paltarları, ağları və s. ütüləməyin. Onları mütləq təmizləmək lazımdır, çünki üstünə ütü vurulmuş ləkələri sonradan təmizləmək çox çətindir, çox vaxt isə qeyri-mümkündür.

– Paltarları tam quruyana kimi ipdə saxlamayın. Bir qədər nəm paltarlar daha asan ütülənir.

– Paltarları və s. əşyaları tam quruyana qədər ütüləyirlər, əks halda onlar qatlananda və saxlananda əziləcəklər.

 

 

Paltar ütüləməyin incəlikləri

 

 


 

  Evdar qadınların çoxu eyni səhvi təkrarlayırlar: ütülənmiş paltarları yığırlar və dərhal şkaflara yerləşdirirlər. Bunu etmək olmaz, çünki ütüləmə vaxtı yığılmış istilik həm parçaya, həm də şkafdakı atmosferə mənfi təsir göstərir. Ona görə də ütüləyəndən sonra ağları və paltarları 2 saatdan az olmayaraq otaqda saxlamaq lazımdır. Bu, xüsusilə cibli, klapanlı, qatlı, relyefli, volanlı və s. paltarlara aiddir.

 

– Avropa və Amerika ölkələrində yataq dəstləri ütüləmirlər. Ütüləmə onların hiqroskopik xüsusiyyətlərinə (rütübəti özünə çəkmək xüsusiyyəti) mənfi təsir edir və bu səbəbdən ziyanlı sayılır.

 

 

Paltar ütüləməyin incəlikləri

 


 

– Yenidoğulmuşların bütün paltarları hər iki tərəfdən ütülənməlidir. Yenidoğulmuşların dərisi çox nazik və həssas olur ki, paltarda olan ən kiçik qat körpənin dərisini sürtə bilər.

– Xovlu xalatları, məhrabaları və s. ütüləmək olmaz. Belə etdikdə onlar öz keyfiyyətini itirir, codlaşır. Əgər bunu bilmirdinizsə, səhvi asan düzəltmək olar: onları 15-20 dəqiqəyə ilıq duzlu suya qoyun, sonra sıxın və qurudun. Quruyandan sonra onlar yumşaq və xovlu olurlar.

 


– Yun paltarı ütüləyəndə ütünü parçanın üzərində sürüşdürmürlər, onu bir yerdən o biri yerə qoyurlar. Bu, paltarın formasını dəyişməyə qoymur.

– İpək paltarları bir qədər nəm ütüləyirlər. Əgər onlar çox quruyublarsa, yarım saata yaş parçaya bükmək lazımdır.

– Bəzi evdar qadınlar səhvə yol verib, ütü çəkməzdən əvvəl ipək paltarları nəmləndirmək üçün onlara su çiləyirlər. Bunu etmək olmaz, çünki su damcıları parçada ləkələr qoyur, həddindən artıq nəmləndirmə parçanı cod edir. Ən yaxşısı budur ki, ipəyi tərs üzündən, üstünə nazik parça qoyub ütüləyəsiniz.

Sirliqadın.az



loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: