«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Üz Qırxmadan Sonra Dəri Qıcıqlanmasını Aradan Qaldırmağın Yolları

Bəzi kişilər üçün üz qırxmaq əsil əzabdır. Səbəbi isə bu zaman dəridə yaranan qıcıqlanma və göynəmə hissidir. Qıcıqlanmanın əsas səbəbi tük qırxılarkən dərinin zədələnməsi və orda yaranan iltihabi prosesdir. Üz dərisi həssas olduğu üçün kişilər üz qırxmadan sonra bu problemlərlə tez-tez üzləşirlər. Amma bu narahatlıqdan azad olmağın bir sıra yolları mövcuddur.

Sirliqadın.az  sizə onları təqdim edir:

 

Üz Qırxmadan Sonra Dəri Qıcıqlanmasını Aradan Qaldırmağın Yolları

 


  1. Üz qırxmazdan əvvəl tüklərin bir qədər uzanmasını gözləyin. Çünki belə olduqda tükün ucu dəridən aralanır və qıxma zamanı dəri zədələnmir.
  1. Üzünüzü qaşımayın! Üzünüzün qaşınması normaldır. Çünki tüklərin dibində şişkinliklər və qızartılar yarana bilər. Buna görə də, üzünüzü dırnaqlarınızla qaşımasanız yaxşı olar .
  1. Dəridə olan infeksiyanı bakteriyaəleyhinə kremlərlə müalicə edin. Bu kremlər infeksiyanın digər nahiyələrə yayılmasının qarşısını alacaq.
  1. Əgər üzdə yaranan qıcıqlanma aradan qalxmırsa, o zaman mütləq dermatoloqa müraciət edin.
  1. Köhnə ülgücləri tullayın. Kütləşmiş ülgüclər tükü kəsmir, qoparır. Bu səbəbdən də tükün follikulları dartılır və ətrafında olan dərini də zədələyir.
  1. Üzünüzü qırxarkən ülgücü dəriyə möhkəm basmayın. Bu zaman tüklər qeyri bərabər qırxılır.
  1. Bir yeri iki dəfə qırxmayın. İkinci dəfə dəriyə sürtülən ülgüc dərini mütləq zədələyəcək.
  1. Üzünüzü duş qəbul edərkən qırxın. Dəsmalı isti suda isladaraq 2-3 dəqiqə müddətində üzünüzdə saxlayın. Bu dərinin istilənməsinə səbəb olacaq. Nəticədə dəri və tüklər yumşalır ki, bu zaman üz qırxmaq asanlaşır.
  1. Üzünüzü qırxarkən kremdən və ya köpükdən istifadə edin. Qırxıldıqdan sonra isə üzünüzü soyuq su ilə yuyun. Bu məsamələri bağlayaraq dəriyə infeksiya düşməsinin qarşısını alır.
  1. Daha sonra üzünüzü təmiz dəsmal vasitəsilə ehtiyatla qurulayın.
  1. Üz qırxmadan sonra nəzərdə tutulmuş vasitələrdən istifadə edin. Yaxşı olar ki, tərkibində salisil turşusu, qlikol turşusu, melisa, aloe kimi inqrediyentlər olan vasitələrdən istifadə edəsiniz. Onlar dəridə olan qıcıqlanmanı və iltihabı aradan qaldırır.


loading...




Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: