Mikrodalğalı Sobaya Sabun Qoymayın – Səbəbi
- 10-07-2020, 22:04
- EV / Praktik məsləhətlər
- 0
- 549
Eksperiment sevənlər mikrodalğalı sobaya cürbəcür əşyalar və maddələr qoyaraq olarla nə baş verdiyini müşahidə edirlər. Onlar qəti şəkildə mikrodalğalı sobaya az miqdarda olsa belə sabun qoymağı məsləhət görmürlər. Əks halda siz bütün sobanı köpükdən və hissdən uzun müddət təmizləməli olacaqsınız.
loading...
Sirliqadın.az bildirir ki, sabun – yağ turşularının natrium və kalium duzlarından ibarətdir.
Yağ turşuları qızdırıldıqda "azadlıq sevən” natrium və kalium ionlarını özünə birləşik saxlamaqda çətinlik çəkir. Bundan əlavə, sabunun tərkibində az miqdarda su da mövcuddur.
Nəticədə, molekullar parçalanır, mikrodalğalı sobanın elektromaqnit dalğalarının təsiri ilə sabunun tərkibində olan maddələr qızaraq yanır. Bu zaman külli miqdarda köpük və hiss əmələ gəlir ki, sobanın bütün içini tutur və qapısı açıldıqda çölə daşır.
- Müəllif: Mavi Dəniz
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.