«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Gözəllik kokteyli

 

Bu kokteylin tərkibində sağlamlıq və gözəllik üçün o qədər faydalı vitamin və minerallar var ki, biz ona, elə, gözəllik kokteyli adını verə bilərik.


Əgər sizin yaşadığınız bölgədə süddən hazırlanan zərdab satılmırsa, onu özünüz düzəldin.
Hazırlanma qaydaları haqqında maraqlı məlumatı təqdim edirik:


Qaynanmış və ya pasterizə edilmiş südü isidin, üzərinə 1 xörək qaşığı xama və ya kefir əlavə edin, təmiz tənziflə ağzını bağlayıb isti mətbəx təxminən 12-24 saat saxlayın. Bankada südü laxtalanmış şəkildə görəcəksiniz, qatıq hazırdır! Onu kəsmik halına gələnə qədər qızdırın, qalın tənzifin süzgəcindən keçirin. Kəsmik başqa məqsədlər üçün lazım olacaq, alınan zərdabı soyudun.


Zərdabın hazırlanmasının ikinci qaydası:
1 litr qaynadılmış südə 1 limonun şirəsini qarışdırın, sonra süzün. Amma bu halda kokteylə limon şirəsi əlavə etməzsiniz.


Zərdabın hazırlanması haqqında məsləhətlər:


1. Südün yağlılığı 0,5%-dən yüksək olmamalıdır;


2. Əgər paketlənmiş süd almısınızsa, qaynatmağa ehtiyac yoxdur, sadəcə, qızdırın;


3. Hər dəfə zərdab fərqli çıxa bilər. Amma yarım litr dəqiq çıxacaq. Artığı dondurucuda saxlaya bilərsiniz;


4. Ümumiyyətlə, zərdab avitaminoz və disbakterioz xəstəliklərindən əziyyət çəkənlər üçün çox faydalıdır. Hətta dərmanı əvəz edəcək qədər faydalı olduğunu görəcəksiniz.


5. Onunla saçlarınızı da yuya bilərsiniz. Saçlarınıza çəkin və 20 dəqiqə gözləyin.


6. Bu zərdabla vanna qəbul etməyiniz də mümkündür. Dəriniz parıldayacaq. Deməli, vannaya 1- 1,5 litr zərdab tökün. Suyun temperaturu 37-38 dərəcə olmalıdır. 15-20 dəqiqədən sonra dəriniz məxmər kimi gözəl olacaq!


Beləliklə, gözəllik kokteylinin reseptini təqdim edirik:


05, litr zərdaba 1 çay qaşığı bal, 1 çay qaşığı limon şirəsi tökün. Blenderdə çalın və dərhal için.
Bir həftə bu kokteyli müntəzəm qəbul etdikdən sonra özünüzü aynada tanımayacaqsınız. Dəriniz təravətli, hamar olacaq, sanki sifətiniz parıldayacaq. Bütün xanımlar hansı kremdən, maskadan istifadə etməyinizlə bağlı sizə çoxsaylı suallar verəcək. Bu kokteyli şam yeməyinə kimi içsəniz isə fiquranız yaxşılaşacaq.


xoshbextqadin.az


loading...




Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: