«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Xanımların yaşlarına uyğun pəhriz qaydaları

 
Statistika göstərir ki, qadınlar həyatlarının böyük qismini pəhrizdə keçirir. Ancaq pəhrizin effektli olması üçün yaş faktorunu da nəzərə almaq lazımdır.
 
30-40 yaş
 
Bu yaş qrupunda olanlar həftədə 4-5 dəfə qırmızı ət yeməlidir. Həmçinin, kalsium, fol turşuları, C vitamin, dəmirlə zəngin qidalar seçilməlidir.
 
Hər gün 2 stəkan süd için. Südə alternativ olaraq qatıqdan istifadə etmək olar. Həftənin bütün günlərində göy-göyərti, meyvə-tərəvəz yeyin.
 
Həftədə ən azı 3 gün idmanla məşğul olun.
 
Spirtli içkilərdən, "fast-food”lardan uzaq durum. Gün ərzində bol miqdarda su için. Bu qaydalara əməl etsəniz, kökəlməyəcəksiniz.
 
40-50 yaş
 
Qadınların sürətlə kökəlməyə başladığı yaşdır. Ona görə də, qidalanma tərzində dəyişikliklər etmək şərtdir. İmmunitet sisteminin güclü olması üçün kifayət qədər B qrubu vitaminlər qəbul edilməlidir.
 
Yaşlılıq əlamətləri ilə mübarizə aparmaq üçün omeqa 3 yağ turşuları ilə zəngin qidalar yemək məsləhətdir. Həftədə 2 dəfə balıq yeyin. Həmçinin, qoz, badam kimi çərəzlərdən istifadə edin.
 
Yağlı qidaları, şirniyyatları menyudan çıxarın.
 
Hər gün bol miqdarda tərəvəz və meyvə yeyin. Paxlalı bitkilərə üstünlük verin.
 
Sümüklərin sağlamlığını qorumaq üçün gündəlik D vitamini ehtiyacını ödəyin. Bunun üçün hər gün süd, qatıq, yağsız pendir, göy-göyərti yeyin.
 
Həftənin üç gününü idmana sərf edin.
Çoxlu su və bitki çayları için.
 
50-60 yaş
 
Bu yaşlarda qadınlar klimaks dövrünü yaşayır. Bu səbəbdən, bəzi xəstəliklərə yaxalanma riski də artır.
Süd, qatıq, pendir kimi qidalara üstünlük verin.
 
Orqanizmin zülal ehtiyacını ödəmək üçün ət və toyuq, həmçinin, paxlalı bitkilər yeyin. Yeməklərdə zeytun yağından istifadə edin.
 
Həftədə 4-5 dəfə 30 dəqiqə təmiz havada yeriyin.
 
60 yaşdan sonra
 
Bu yaşdan sonra orqanizmin kalsium, D vitamini, B qrubu vitaminlər, E vitamininə olan ehtiyacı daha da artır. Ona görə də, süd və süd məhsullarından, göyərtidən istifadəni artırmaq lazımdır.
Təzə və qurudulmuş meyvələr yeyin.
 
Həftədə 2 dəfə qırmızı ət,1-2 dəfə balıq, 1-2 dəfə də balıq və ya hind toyuğu yeyilməlidir. Qəhvədən imtina edin. Şəkərli qidaları menyudan çıxarın.
 
Hər gün ən azı yarım saat sürətli tempdə yeriyin.
 
xoshbextqadin.az


loading...




Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: