«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

İtalyanların gözəl fiqurasının sirri: "Kəpənək" pəhrizi

 
Yəqin ki, hər bir qadın ömründə bir dəfə də olsa pəhriz saxlayıb. Amma təəssüf ki, heç də bütün pəhrizlər istənilən qədər səmərəli deyil. Əgər siz də ideal bədən forması haqda çoxdan düşünürsünüzsə, sizi sarsıdacaq effektli pəhriz barədə oxumağa hazır olun. Xoshbextqadin.az İtaliyada "Farfalla" və ya "Kəpənək" adı ilə məşhurlaşan pəhrizin sirlərini sizinlə bölüşür.

Pəhriz İtaliyadan tərtib olunduğu üçün italyanların qida rasionunda olan məhsullar üstünlük təşkin edir.

Beləliklə, 6 günlük qida planı belədir:

Birinci gün

Səhər yeməyi - 70 qram buğda bişirilmiş və ya qaynadılmış mal əti və 2 pomidor
Nahar - 10 ədəd suda bişirilmiş quşqonmaz lobya və 8 zeytun
Şam yeməyi - 1 ədəd kahı, 3 ədəd bolqar bibəri, üzərinə iki damcı limon, 1 qaşıq zeytun yağı tökün

İkinci gün

Səhər yeməyi - 2 şirin portağal və ya şaftalı
Nahar - 70 qram qızardılmış toyuq filesi, 4 list kahı, 3 xörək qaşığı döyülmüş parmezan pendiri
Şam yeməyi - bir ovuc badam, 1 qırmızı alma

Üçüncü gün 

Səhər yeməyi - 150 qram sevdiyiniz giləmeyvə
Nahar - "Macedonia" salatı. Onun tərkibi belədir: kivi, alma və armud, portağal şirəsi
Şam yeməyi - 50 qram qızardılmış və ya sobada bişirilmiş ağ balıq

Dördüncü gün

Səhər yeməyi - 2 ədəd qoz, 1 salxım qara üzüm
Nahar - bərk buğda sortlarından istehsal edilmiş spagetti, bir xörək qaşığı tomat pastası
Şam yeməyi - 80 qram qaynadılmış mal əti, 2 xiyar.

Beşinci gün

Səhər yeməyi - bir ovuc badam, təbii yoqurt
Nahar - buğda bibər, pomidor və cəfəri ilə bişirilmiş mal əti
Şam yeməyi - naharda olan xörəkdən bir boşqab

Altıncı gün

Səhər yeməyi - 1 stəkan portağal şirəsi.
Nahar - 70 qram suda bişirilmiş düyü, toyuq yumurtası.
Şam yeməyi - bir ananasın yarısı.

Bu pəhriz bezən, İtaliya mətbəxinin dadına baxmaq istəyənlər üçün əla seçimdir.
 
xoshbextqadin.az



loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərhlər
İstifadəçi saytda deyil XOSBEXT QADIN.az 27 iyun 2016 11:10
maraqli movzdudu
Sitat         
Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: