«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Türkiyəli mütəxəssisdən beli incəldən pəhriz resepti

 

Türkiyənin tanınmış sağlam qidalanma mütəxəssisi Mərvə Tığlı Çinar, belini incəltmək istəyən xanımlar üçün
xüsusi pəhriz resepti hazırlayıb.


Xoshbextqadin.az mütəxəssisin pəhriz reseptini təqdim edir:


Bu pəhriz sayəsində gündəlik 1500 kalori qəbul edərək arzuladığınız incə belə sahib ola bilərsiniz.


Səhər yeməyi (336 kalori)

5 xörək qaşığı yulaf + 1 stəkan yağsız süd (içinə əzilmiş badam əlavə edin) + 1 çay qaşığı toz halında mixək + 2 çay qaşığı bal + 2 xörək qaşığı qurudulmuş qarağat və ya qara üzüm
Saat 11:00 və ya 12:00 (182 kalori)
1 ədəd dilim-dilim kəsilmiş sarı bibər
6 dilim yerkökü və 6 dilim turp
1 kərəviz sapı (xırda doğranmış)


Sous üçün: 5 yemək qaşığı lobya (konserv ola bilər) + 1 ədəd orta boy pomidor + 1 çay qaşığı nazik doğranmış qırmızı soğan + 1 çay qaşığı zirə.


Qarışığı blender ilə əzin və tərəvəzləri bu ecazkar sousla birlikdə yeyin.


Günorta (367 kalori)


Əsas yemək:


1 dilim tam taxıllı çörək
100 qram hinduşka və ya toyuq sinəsi
1 kasa ispanaq
Yarım kasa pomidor
1 xörək qaşığı rəndələnmiş motsarella pendiri
Qeyd: Çörəyin üzərinə ərzaqları düzərək 6-8 dəqiqə sobada qızardıb salatla birlikdə yeyin.
Salat


8 ədəd çerri pomidoru
1 orta boy xırda dilimlənmiş xiyar
4 böyük qara zeytun (tumu çıxarılıb doğranılır)
1 yemək qaşığı doğranmış göy soğan
15-20 yarpaq təzə nanə yarpağı
1 çay qaşığı zeytun yağı + 1 çay qaşığı limon suyu
Saat 15:00 və ya 16:00 (245 kalori)
1 kasa yağsız qatıq
5 ədəd dilim-dilim kəsilmiş quru ərik
1 xörək qaşığı bal
1 çay qaşığı limon suyu


Axşam (370 kalori)
8 böyük boy krevet
1 yemək qaşığı zeytun yağı
2 çay qaşığı təzə keşniş
2 çay qaşığı limon suyu
8 dilim balqabaq
1 kiçik kasa pazı
¼ kasa düyü
Krevetləri zeytun yağı ilə qarışdırıb, üstünə keşniş və limon suyu əlavə edin. 3-4 dəqiqə orta temperaturda bişirin. Buğda 5-7 dəqiqə bişmiş balqabaq və pazını başqa bir qabda pörtmüş düyü ilə qarışdırın.


Gecə: 1 stəkan darçınlı yaşıl çay


İncəbel olmaq istəyirsinizsə, bu pəhrizə başlayın!

xosbextqadin.az


loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: