«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Hansı qidalar sızanaq yaradır

Hansı qidalar sızanaq yaradır

 

Sızanaqsız bir dəriyə sahib olmaq üçün dərinizə qulluq etmək və mütəmadi krem çəkmək kifayət deyil. Çünki, gün ərzində yediklərimiz də sızanağa səbəb ola bilər. Sızanaq yaradan qidaları təqdim edirlir. Bu qidalardan uzaq duraraq daha gözəl və qüsursuz dəriyə sahib ola bilərsiniz.


Süd məhsulları Süd məhsulları bir çox insanda sızanağa səbəb olur. Xüsusən, inəklərə verilən müxtəlif hormonlar onların südünə də bu təsir göstərir. Tam təbii süd məhsulları da insan dərisi üçün zərərsiz deyil. Südün sızanaqların çoxalmasında rolu təcrübə ilə təsdiq edilsə də, həmin mənfi təsirin səbəbi hələlik müəyyən olunmayıb. Odur ki, süd və süd məhsullarıyla qidalandıqda sızanaqların artdığını müşahidə edirsinizsə, onları menyunuzdan çıxarın.


Südün ehtiva etdiyi vitamin və mineralları başqa qidalardan əldə etməyə çalışın. Şəkər "Fast-food” qidalardan və şirniyyatlardan uzaq durun. Çünki bu qidaların tərkibində olan şəkər immunitet sisteminə mənfi təsir edir. Nəticədə dəridə sızanaq çıxma ehtimalı artır.


Qanda şəkərin səviyyəsi qalxanda da sızanaqlar çoxalır. Şəkərli içkilər də immunitet sisteminə pis təsir edir. Üstəlik, şəkərli içkilər daha az su içməyə səbəb olduğu üçün sağlam dərinin düşməni hesab edilirlər. İstiotlu qidalar Ədviyyatlı, o cümlədən, istiotlu yeməkləri menyudan çıxarın.


Çünki istiot və ədviyyatların çoxu sızanağa səbəb olur. Dərinizdə qızartılar varsa, yenə istiot və ədviyyatlardan şübhələnə bilərsiniz. Qeyd edək ki, şokoladın sızanağa səbəb olduğu iddia edilsə də, araşdırmalar zamanı bunun yanlış məlumat olduğu ortaya çıxıb.


Qoz, fındıq, günəbaxan tumu və digər yağlı çərəzlər isə doğurdan da sızanaq səbəbi ola bilər. Ümumiyyətlə, təmiz dəri naminə həddən artıq yağlı və ağır qidalardan uzaq durmaq məsləhətdir.

 
Sirliqadın.az

 


loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərhlər
İstifadəçi saytda deyil XOSBEXT QADIN.az 24 iyun 2016 15:19
mende olmur cox sukr
Sitat         
Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: