İncə və fit ayaqlar üçün sadə hərəkətlər
- 24-12-2020, 12:53
- GÖZƏLLİK / Gənc qalmağın sirləri
- 1
- 1 928
Nizamlı qidalanma proqramınız var, pəhrizə də əməl edirsiniz, ancaq heç cür ayaq və omba bölgənizi arıqlada bilmirsinizsə, bu məsləhətlərimiz sizin üçündür.
Bəzən arıqlamaq üçün sağlam qidalanmaq, ya da pəhriz saxlamaq yetmir, bunun üçün həm də müntəzəm idman proqramınız da olmalıdır.
Xoshbextqadin.az idman salonuna getmədən incə, fit ayaqlara sahib olmağın yollarını təqdim edir.
Şikayətiniz qalın ayaqlarınızdırsa, lift yerinə pilləkəndən istifadə edin.
Omba bölgəsindəki yağlanmalardan xilas olmaq üçün evdə də həmişə step taxtası ilə pilləkən çıxırmış kimi hərəkətlər edin.
Piyada yeriməyin sonsuz faydasının olduğunu hər birimiz bilirik. Xəyalınızda olan incə, sıx ayaqlara sahib olmanın bir yolu da yeriməkdən keçir. Hər gün 45 dəqiqə ilə 1 saat arasında piyada gəzin.
loading...
Ayaqlarınızın yuxarı hissəsinin böyük olmasından şikayət edirsinizsə, ayaqüstə duraraq ayaqlarınızı çiyin səviyyəsində açın və topuqlarınıza ağırlıq yükləyərək azca əyilib ardından barmaq uclarında ayağa qalxın. Hər gün bu hərəkəti edin.
Dizlərinizi bükərək yerə uzanın və dabanlarınızı yerə yaxşıca basın. Dizlərin arasına top qoyub azca sıxın və yavaşca buraxın. Bu hərəkət üst ayaq əzələlərinin çalışmasına yardım edəcək.
Ayaqlarınızı çiyin səviyyəsində açın. Qollarınızı önə doğru uzadıb, otururmuş kimi çöməlin və yenidən qalxın, hər 5 hərəkət sonrası çöməldiyiniz şəkildə 10 saniyə sayaraq o vəziyyətdə qalın və təkrar qalxın.
xoshbextqadin.az
- Müəllif: aysel
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.