«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat

Saç spreyi təkcə saç üçün deyil - faydalı 10 istifadə qaydası

 
Saç spreyini sadəcə saçlar üçün deyil, evin fərqli işlərində də istifadə edə bilərsiniz. Xoshbextqadin.az saç spreyinin 10 fərqli istifadə qaydasını təqdim edir.

Corab süzülmələri:
Neylon corablar barmaq qismindən daha çox süzüldüyündən, yeni aldığınız corabın burnuna saç spreyi sıxaraq, daha uzun müddət geyinə bilərsiniz.

Ayaqqabılar üçün:
Boya ilə parıldatdığınız ayaqqabıların üzərinə saç spreyi sıxsanız, daha uzun müddət davam gətirər.

Parlaq dırnaq boyaları:
Pedikürdən sonra saç spreyini ayaqlarınıza sıxsanız, dırnaq boyası daha parlaq və uzunömürlü olar. Ancaq ayağınızda açıq yara varsa, vurmayın.
 

loading...
 

 



Şəkilli qaşlar:
Saç spreyini bir diş fırçasına sıxıb sonra qaşlarınızı onunla darayıb şəkil verə bilərsiniz.

Rəsmə parlaq lak təsiri:
Uşaqların istifadə etdiyi rəngli boyalar bir müddət sonra solar. Əgər uşağınızın çəkdiyi rəsmi çərçivəyə salıb yadigar saxlamaq istəyirsinizsə, şəklə saç lakı sıxın. Rəngləri uzun müddət canlı qalacaq.

Tül pərdələr:
Tül pərdələri təmizlədikdən sonra hər qatın qurumasını gözləyərək, bir neçə qat sprey sıxın. Daha uzun müddət təmiz görünəcək.

Təzə çiçəklər:
Həyat yoldaşınızın sizə verdiyi gül buketinin tez solmasını istəmirsinizsə, üzərinə 30 sm uzaqdan saç spreyi sıxın.

Qurudulmuş çiçəklər:
Saç spreyini qurutduğunuz çiçəklərin üzərinə sıxsanız, daha parlaq görünəcək və uzun müddət qalacaq.

Dodaq boyası ləkəsi:
Geyim, yastıq və ya digər əşyaların üzərinə dodaq boyası batıbsa, ləkənin üstünə saç spreyi sıxıb bir neçə dəqiqə gözlədikdən sonra silin.

Mürəkkəb ləkəsi:
Mürəkkəb ləkəsinin üzərinə saç spreyi sıxıb sonra silin.
 
 

 
Sirliqadın.az






Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərhlər
İstifadəçi saytda deyil XOSBEXT QADIN.az 26 iyun 2016 14:44
ne gozel mende zererl bilirdim sen deme faydalarida varmis )
Sitat    Şikayət et     
Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin: