Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Pəhriz saxlayarkən dəri sallanmasının qarşısını necə almalı?


 
Qadınlar istədikləri bədən formasını ancaq pəhriz saxlamaqla əldə edə bilmirlər. Əksinə, qəfildən arıqlayan bədəndə boşalma, əzələlərin sallanması baş verir, dəridə qüsurlar, çapıqlar əmələ gəlir.

 Nəticədə dünən kök görünən budlar sallanmış dəri parçasına bənzəyir. Pəhrizlər zamanı dəridə müxtəlif qüsurların qalması halları ilə demək olar ki, bütün xanımlar üzləşirlər.

Artıq sirr deyil ki, arıqlamağın ən yaxşı üsulu pəhrizlə yanaşı idmanla məşğul olmaqdır. Çünki idmanla məşğuliyyət orqanizmdə gümrahlıq hissi yaratmaqla yanaşı qol və digər nahiyələrdə ətin sallanması, dəridə çapıqların yaranmasının da qarşısını alır. 

İdman məşğələləri adətən hərəkətsiz qalan hissələri işlədib piy qatının əzələylə əvəzlənməsini təmin edir. Bunun üçün ən yaxşı variant idman zalına getməkdir. Lakin buna imkanı olmayanlar evdə də məşq edə bilərlər. 

Hazırda evdə idman etməyi asanlaşdırmaq üçün məşhur modellərin və idmançınların iştirakı ilə çəkilən onlarla disklər satılır. Diskə baxmaqla idman hərəkətlərini mütəmadi olaraq evinizdə edin və 20 gündən sonra siz ayaqlarınızın necə bərkidiyini hiss edəcəksiniz.

 Unutmayın ki, birinci dəfədən bütün hərəkətlər təklif ediliyindən iki dəfə az edilməlidir. Əks halda, kəskin ağrılar sizi bir neçə gün incidə bilər. Bütün bu məsələlər disklərin instruksiyasında da qeyd olunur.
 
xoshbextqadin.az





Loading...

Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərhlər
İstifadəçi saytda deyil XOSBEXT QADIN.az 26 iyun 2016 14:47
idman hecde ariqlatmir bos seydi evde ne idmane
Sitat    Şikayət et     
Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin: