«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

İnsana həzz verən şeylər onu ölümə aparır?

 

 

İnsana həzz verən şeylər onu ölümə aparır?

 

 

Ziqmund Freyd 1856-cı il mayın 6-da indiki Çexiya Respublikasının ərazisində yerləşən, o vaxtlar isə Avstriya-Macarıstan imperiyasının bir hissəsi olan Freiburgda anadan olmuşdur. Ortayaşlı yəhudi yun tacirinin özündən iyirmi yaş kiçik qadınla olan ikinci evliliyindən dünyaya gələn Ziqmund 4-5 yaşında ailəsi ilə bərabər Vyanaya köçmüşdür. Demək olar ki, həyatının çox böyük hissəsini bu şəhərdə keçirmişdir. Səkkiz uşaqdan ibarət böyük ailənin üzvü olan Ziqmund digər qardaş-bacılarından öz istedadı, bacarığı və iti ağlı ilə həmişə fərqlənirdi. Bu səbəbdən valideynləri onu başqa uşaqlardan ayıraraq, oxumaq üçün ona daha yaxşı şərait yaradırdılar. Hətta digər uşaqlar şam işığında dərs oxuduqları zaman, Ziqmunda neft lampası işığında oxumaq şəraiti də yaradılırdı. 1938-ci ildə Ziqmund yəhudi olduğu üçün Vyananı tərk etmək məcburiyyətində qalmış və Londona yerləşmişdir. Burada da bir il yaşadıqdan sonra 1939-cu ilin sentyabrında uzun illər mübarizə apardığı xərçəng xəstəliyindən vəfat etmişdir.

 

İnsana həzz verən şeylər onu ölümə aparır?

 


 

Onun yazdığı "həzzin o biri üzü” əsərində insanın ölümə can atdığını elmi yollarla sübuta yetirməyə çalışmışdır. Freyd deyir: "İnsanı öldürən şey ona ləzzət verir. Niyə? Ona görə ki, o insanı öldürür. Məsələn: siqaret, narkotik, spirtli içkilər, gecə həddindən artıq qida qəbul etmək və s. hamısı insanı ölümə aparan lakin ləzzət verən şeylərdir.”

Bəs bu necə olur ki, insanı öldürən şey ona həzz versin? Bax bunu Freyd gözəl izah edib. Belə ki, ilk mikroskopik canlılar yaranırdı və bir anda da ölürdü. Çünki ilk başlanğıcda yerdə heç nə yox idi, yaşamaq üçün heç bir optimal şərait mövcud deyildi. Onların qida qəbul etməsi və yaşamaları çox əzablı olurdu. Əzabı görən bu canlılar tez əvvəlki, yəni cansız vəziyyətlərinə qayıtmaq istəyirdilər. Daha sonra isə ölümə qayıtma prosesi ləngidi, yəni bu canlıların həyatı uzandı. Belə ki, bu canlılar yaşamaq üçün bir-birilərini yeməyə məcbur olub həyatda qalmaq şansı əldə edirdilər. Sonda gəlib indiki vəziyyətə çatdılar. Freyd bunu bu cür izah edir ki, həmin yox olma istəyi ilk canlıdan ta indiyə kimi insanın genində qalıb. Yəni, həzz aldığı şeylərin onu öldürməsinə çalışır. Buradan belə çıxır ki, ölüməqayıtma prosesi insana ləzzət verir. İnsan ölüb yenidən torpağa qarışır və hissələrə bölünməyə başlayır, bu bölünmə onun var oluşuna qədərki halını xatırladır. Anadan olana qədər də o hissələrdən ibarət idi. Müəyyən zaman kəsimində bu hissələr birləşib atanın və sonra ananın vücuduna daxil olub bizi yaratdı. Hissələr və atomlar aləmindən çıxıb bir insan forması alaraq eynən o mikroskopik canlılar kimi yaşamaq uğrunda mübarizə aparırıq. Freyd deyir ki, var olan kimi insan da yaşamaq əzabın dadır və sürətlə onu öldürən həzzlərə yönəlir. Bu həzzlər insanı yavaş-yavaş məhv edib yenidən öz əvvəlki vəziyyətinə qaytarır. Freydin fikrincə insana həzz verən hər şey onu öldürür və ondan uzaq durmaq lazımdır.

visiontv.az


loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: