«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Cənnətdəki köşkün sirri (İbrətli hekayə)

Oxuyarkən gözləriniz dolacaq.

Bir bayram ərəfəsində, dul bir qadın yanında atadan yetim qalmış uşağı ilə zəngin bir Hacı İbrahimin dükanına girir:
-"Bildiyiniz kimi bu uşağın atası döyüşdə şəhid oldu. Sabah da bayram. Evdə yeməyimiz olmadığı kimi uşağın geyəcəyi də yox. Allah rizası üçün bir az kömək…" deyə utanaraq  dilənir.
Hacı Əfəndi kasıb qadına kömək etmədiyi kimi hiddətli bir səslə:


-"Bezdim sizdən… Sizin üçünmü  çalışıram. Rədd ol buradan." deyə qadını danlayır. Hacının bu çıxışı üzərinə qadının gözləri dollar. Ağlayaraq dükandan çıxır.
Hacının qarşısında eyni mağazadan bir dükanın sahibi olan Abraham adlı yəhudi, o kasıbın iztirabını anladı. Qadının və uşağının ağlamalarına dözə bilmədi. Könlü buz kimi əridi, incəldi. İnsani duyğularla qadına yaxınlaşdı:


-"Nədir xanım, hacı əfəndi nə üçün qışqırdı?" deyə soruşdu. İmanlı və şüurlu kasıb qadın, yəhudiyə hacını şikayət etmək yerinə:


-"O mənim böyüyüm. Döyər də, qovar da, sənə nə olur?" deyə cavab verdi.
Bir bayram ərəfəsində bir ananın və uşağının yoxluqdan ağlayışına dözə bilməyən yəhudi Abraham yenə israr etdi:
-"Bacım mən də insanam, rəhmətlik ərini tanıyırdım. Yaxşı bir insan idi. Mənə çox faydaları toxunmuşdu. Dükanıma gəl istədiyini götür. Məndən götürdüklərini sədəqə deyil, rəhmətlik ərinin mənə olan yaxşılıqlarının yerinə qəbul et" kimi sözlər edərək qadını və yetim uşağı dükanına gəlməyə razı saldı.


Yəhudi Abraham dul qadına və yetim uşağına ən gözəl və ən bahalı bayramlıqlar verdi. Qadının uşağını geydirdi. Az əvvəl Hacı
Əfəndinin dükanında kədərlənən və dünya başına dar gələn kasıb qadın və yetim uşağının içinə həyat sevinci doldu. Üzlərində çəhrayı güllər açıldı. Yəhudi Abrahamın dükanından çıxarkən qadın candan və könüldən dua etdi:


-"Allah sənə iman nəsib etsin. Sən bizi bu dar  vaxtda və mübarək bayram ərəfəsində geydirdiyin kimi Cənabı Allah da sənə cənnətdə köşklər versin, sənə cənnət paltarlarını geydirsin. "Məsum uşaq da anasının duasına "Amin" dedi. Dul və yetimi dükanında qovan Hacı İbrahim əfəndi, o gecə bir yuxu gördü.


Yuxusunda qiyamət qopmuş və özü cənnətə girmişdi. Cənnətdə gəzərkən çox gözəl, gözləri qamaşdıran bir köşk gördü. Baxdı ki köşkün qapısında özünün adı yazılı idi. "Demək ki bura mənə aid" deyərək köşkün qapısından içəri girmək istədi. Lakin qapıda gözətçi mələklər:
-"Girə bilməzsən" dedilər. -"Bu köşk mənim deyilmi?" -"Dünənə qədər sənin idi amma, təəssüf ki, dünən səndən alınıb başqasına təhvil verildi…." Hacı neyə uğradığını anlaya bilmədi. O təlaş və həyəcan içərisində oyandı. "Dünən uşaqlara yaxşılıq etməməklə səhv etdim" deyə düşündü. Səhər olunca doğru Yəhudi Abraham əfəndinin dükanına getdi.


-"Abraham əfəndi dünənki, dul qadın və yetim uşağa neçə qızıl dəyərində paltar verdin?" deyə soruşdu. Yəhudi: -"On qızıl dəyərində" -"Al, sənə onun iki qatı" -"Xeyr olmaz" -"On qatını verim." -"Olmaz."
-"Yüz qatını verim, iki yüz qatını verim. Sən qızıl və gümüşü sevən bir adamsan, istə min qatını verim…."


Abraham Əfəndi təbəssüm edər: -"Olmaz hacı Əfəndi olmaz. O köşk yüz qızıl, min qızıl ilə satın alınmaz.O sənin gördüyün yuxunu mən də gördüm… Cənnətə girə bilmək üçün budur, müsəlman oluram:


"Əşhədu ən la ilahə illəllah və Əşhədu ənnə Muhammədən əbduhu və Rasuluh"
Sən Cənabı Allahın razılığını qazanmaq və Cənnətə girib əbədi səadətə qovuşmaq istəyirsənsə köhnədən olduğu kimi ixlas ilə Allaha ibadət et və qapına gələn kasıb, dul və yetimləri danlama, boş çevirmə, insanlara yaxşılıq etməyə bax" dedi.

Sirliqadın.az


loading...




Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: