«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat

Türkiyəli həkimlər Polad Həşimovun ailəsini ziyarət edib - VİDEO



Azərbaycanda səfərdə olan Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin üzvləri Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar nəticəsində şəhid olmuş general-mayor Polad Həşimovun ailəsini ziyarət ediblər.

loading...


Sirliqadın.az Baku.tv-yə istinadən xəbər verir ki, türkiyəli həkimləri Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli müşayiət edib. Dərnəyin sədr müavini Həsən Yavuzhan Baş və dərnəyin üzvü Xalid Gökalp Küçük şəhidin anası Səmayə Həşimovaya və ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, şəhid anasına Türkiyə bayrağını hədiyyə ediblər.
Şəhid anası bayrağı qəbul edərək öz ehtiramını bildirib, Türkiyə xalqının və hökumətinin hər zaman Azərbaycanın yanında olmasından qürur duyduğunu deyib. Birliyin sədri Emin Həsənli hər zaman Azərbaycan hərb həkimləri ilə bərabər savaşlarda olmağa hazır olduqlarını bildirib. Milliyyətçi Həkimlər Dərnəyinin sədr müavini Həsən Yavuzhan Baş Polad Həşimovun vətəni üçün etdiklərini yüksək qiymətləndirib.

Həkim Xalid Gökalp isə Azərbaycan - Türkiyə qardaşlığı üçün əllərindən gələni etməyə hər zaman hazır olduqlarını deyib. Türkiyəli həkimlər səfər çərçivəsində digər şəhid ailələrini də ziyarət edəcək, döyüş bölgələrində və hərbi hissələrdə olacaqlar. Onlar Qurban bayramı münasibətilə Tovuz rayonunun Ağdam kəndində əhali ilə görüş keçirəcəklər.







Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin: