Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Psixoloq: "Sevginin həqiqətən nə olduğunu anlayanlar üçün onun günü olmur..."

Əslində, sevginin günü olmur deyirlər. Ancaq hər kəsin xüsusi önəm verdiyi bir gün var ki, o günü sevib-sevilənlərin günü kimi qiymələndirirlər. Kimisi 14 fevralı sevgililər günü kimi qeyd edir, kimisi isə bu günü qəbul etmir. Bəs, görəsən, psixoloqlar necə düşünür? Sevmək üçün bir gün kifayət edirmi?

Tanınmış psixoloq Vəfa Rəşidova Moderator.az-ın sualını cavablandırıb.
Vəfa Rəşidova deyir ki, sevginin günü olmur: "Sevginin əslində günü varsa, o zaman burada səmimiyyət olmaz. Bu, hər gün, hər an, hər saniyə insanın daxilində, ruhunda, düşüncəsində olmalıdır. Sevgiyə diqqət, qayğı, nəvaziş, mətanət, dürüstlük, sayqı, eyni zamanda sözün üzərində durmaq kimi xüsusiyyətlər daxildir.


 Əsas nüans isə insanın arxasında dayanmaq, onunla həmfikir, həmsöhbət kimi məsələlər olmalıdır. Bunların hamısı ümumilikdə sevginin əsas komponentləridir. Onların da yalnız bir gün həyata keçirilməsi mümkün deyil. Sevginin günü 14 fevraldırsa, həmin günü hamımız sevgini, diqqəti, nəvazişi verək və bununla missiyamız bitmiş hesab edilsin kimi bir anlayış yoxdur. Bu teatr deyil ki, ona bir gün zaman ayıraq, oynayaq onunla da bitsin.

 Sevgi hər an, hər gün yaşanır. Sevginin həqiqətən nə olduğunu anlayanlar üçün onun günü olmur. Bunu hiss edən, dərk edən və hiss etməyən insanlar var. Çünki sevgidən anlayışı olan insanlar üçün hər sabah sevgi ilə başlayır. Açılan sabah onlar üçün yeni başlanğıcdır. Hər yeni açılan sabahda sevgilərinin qayğılarına qalan insanlar bunun dəyərini daha yaxşı anlayır. İlk növbədə, insan dərk etməlidir ki, sevgi nədir, necə olmalıdır. Sevginin nə olduğunu anlayan insan üçün hər gün sevgililər günüdür.
 
Sevginin hər anı gözəl yaşantıdır. Burada göz yaşı da ola bilər, sevinc də. Yəni bütün qarışıq hislər ola bilər. Orada küsmək, incimək kimi nüanslar da var. Əgər sevgi varsa, o neqativ yaşantılar belə cütlüyü birləşdirir, bütövləşdirir, yaşadıqları onları daha da möhkəmləndirir".

Psixoloqa "Evlilik sevgini öldürürmü?" – sualını ünvanladıqda isə bu düşüncənin kökündən yanlış olduğunu vurğuladı:
"Bəzən mövzuya "evliliyin başladığı yerdə sevgi bitir" – düşüncəsi ilə yanaşanlara rast gəlirik. Belə düşünürsənsə, o zaman sən özünə hörmət etmirsən və sən özün-özünə xəyanət edirsən. "Evlilik başlayan gün sevgi bitər" düşüncəsi tamamilə yanlışdır. Əksinə, evliliyin başladığı gün böyük sevgi başlayır. Əvvəl iki qarşı tərəf arasında gözəl sevgi münasibəti var idisə, evliliyə başayan gün bu, böyük sevgiyə çevrilir. Bunun əksini düşünən insanlar özlərinə xəyanət etmiş olurlar. Xəyanət etmək tək o deyil ki, qarşı tərəf başqası ilə görüşərək, ona sevgisini bildirir.

 
İnsan özünə də xəyanət edə bilir. Başdan bax gör kimsən, nəyə qadirsən. Evlilik bir başlanğıcdır. Evliliyin başlanğıcı böyük sevginin başlanğıcı deməkdir. Evliliyi düzgün anlamaq evliliyin nə olduğunu düzgün araşdırmaq lazımdır. Sevginin nə olduğunu dərk etmək lazımdır. Evliliyə hazır olmaq lazımdır. Sevgi necə olur, qarşı tərəfə necə ötürülür? Sevgi tək sarılıb bir yerdə dayanmaq deyil. Bunları dərk etdikdən sonra insanın həyatda evliliyində də, sevgisində də uğurlu bir həyatı olur. Özünü daha xoşbəxt hiss edir".






Loading...

Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin: