«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Ayətəl-kürsü oxumağın möcüzələri

Ayətəl-kürsü oxumağın möcüzələri

 

  

 

Cinin yanması

 

1. İmami-Qazili, imami1 Kuteybdən o da Bəni Kəbədən bir şəxsdən hekayət edir. Xurma satmaq üçün Bəsrə şəhərinə bir məhəlləyə gəldim. Kirayə qalmaq üçün bir ev tapdım. İçərisində hörümçəklər yuva qurmuşdu. Bu evi sahibindən kirayə qalmaq üçün istədim. Evin sahibi bu evdə ifrit deyilən kafir bir cin yaşayır, bu evə girəni həlak edib öldürür dedi. Nəhayət, Allah-təala məni o cindən mühafizə edib qoruyar dedim, o evi kirayə aldım. Gecə oldu, bir də gördüm ki, qapqara atəş kimi bir məxluq üstümə doğru gəlir. Mən dərhal Ayətəl-kürsünü oxumağa başladım, mən oxuduqca o da mənimlə birlikdə kəlmə-kəlmə Ayətəl-kürsünü oxuyudu. Mən Ayətəl-kürsünün "Vəla-yə-uduhu hifzu-humə və huvəl Əliyyul Əzim” kəlmələrini dedikdə o cin daha mənimlə birlikdə oxuya bilmədi. Mən isə bu kəlmələri davam etdim, o qara atəş cin yox oldu. Mən də bir küncdə yuxuya getdim. Səhər açıldı. Baxıb gördüm ki, cin olduğu yerdə bir topa kül var, bu zaman qulağıma qeybdən bir səs gəldi. Sən böyük bir cin kafirini yandırdın. Mən o cini nə ilə yandırdığımı soruşduqda: "Vəla yəuduhu hifzü hüma və hüvəl Əliyyul Əzim” ayəsini təkrar-təkrar oxumaqla sən o kafiri yandırdın dedi.
 
 2. Həzrəti peyğəmbərin (s) əshabələrindən biri bir cin ilə qarşılaşdı, cinlə davaya başladılar. Həmin şəxs cinə qalib gələrək yerə yıxdı, cin o şəxsə dedi ki, mən sənin zəif bir insan olduğunu görürdüm. Səninlə ikinci dəfə yenə dava edəcəyəm. Əgər ikinci dəfə məni yenə məğlub etsən, sənə ən mənfəətli və faydalı bir şey öyrədəcəyəm. Onlar ikinci dəfə də davaya başladılar, yenə həmən şəxs cinə qalib gəldikdə, cin ona deyir: Sən Ayətəl-kürsünü oxuyursan? Həmin şəxs deyir: Bəli Ayətəl-kürsünü oxuyuram. Ayətəl-kürü oxunan evə cin-şeytan gələ bilməz, gəlsədə qalib gəlməz, sabaha kimi cin və şeytan çalışıb-vuruşub o evdən uzaqlaşar. 

 
Sirliqadın.az


loading...




Reytinq: +5
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: