«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

"Kimlərinsə ömür boyu arzuladığı körpə səsi cərrah bıçağıyla kəsilir..."

 
Şair Emin Pirinin "Tanrının kölgəsi" adlı kitabında məzmun etibarilə, dolğun və duyğulu
şeirləri öz əksini tapıb. 

Diqqətimi çəkən, qadın- ana hisslərinə birbaşa təsir edən, emosionallığı ilə insan olanın qanını donduran və daxildəki vicdanının səsini özün ilə hesablaşmağa məcbur edən - 
"Abort stolunda yalvaran körpə" 
şeirini sizlərlə paylaşıram...

 

Cənnət anaların ayağı altındadı
deyən qadın
bətnində doğratdığı
körpə bədənini
yığıb ayaqları altına
qalxır cənnətə sarı.

 

Burda Hippokrat andına,
körpə qanı axıdaraq
and içirlər.
 
Kimlərinsə
ömür boyu arzuladığı
körpə səsi
cərrah bıçağıyla kəsilir...
 
Şeytan boylanır
ağ xalatlı pəncərədən
gözləri bərəlib
dizləri əsir
ürəyi dözmür baxmağa.
 
Qadın dözür ancaq
Və baxır...
 
Öz fəryadından tutulan qulaqları
eşidə bilmir
bətnindəki körpənin
"yaşamaq istəyirəm” hayqırtısını.
 
Alın yazısında həyat
ana bətnindən
abort stoluna kimi
uzanan yolmuş.
 
Küncə atılmış
körpə bədəni
əllərini açıb göyə
"mən təsliməm, ana,
yetər bu işgəncə! " –
deyib yalvarır.
 

 
Emin Piri 
xoshbextqadin.az


loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: