«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

"...Gec gəlib, tez gedən fəslə payız deyilir"

 
Xoshbextqadin.az Fuad Cəfərlinin "Çətir" şeirini səsləndirmə və yazı formatında təqdim edir:

Bağışla məni, ana, bağışla,
Yenə payız küçəmizi salamladı yağışla.
Yenə mən sənə çətir ala bilmədim,
Bağışla məni, ana, bağışla.

Gec gəlib, tez gedən fəslə payız deyilir,
Çətir ala bilənlər çölündə,
Ala bilməyənlər hər yağış damcısında içində əyilir
Hər əyildikcə inşallah gələn payız, gələn payız deyir.

Mən bitdim, bu payızlarsa bitmədi...
Hər gələn payız, gələn payız dedim.
Bu payız birtəhər keçir, ana,
Gələn payız çətir alaram dedim.

Ovuc boyda otaqda 
Özümə də, sənə də dünya boyda ümid verdim.
Yenə yenildim, yenə evə çətirsiz gəldim.
Bağışla məni, ana, bağışla.

Sürətim yox qaçıb keçəm,
Qanadım yox uçub keçəm,
Nə olardı bir səfərində,
Payızların birini keçəm?!
Anama yaraşan, anamı qoruyan bir çətir seçəm. 
Tutacağı anamın əlləri kimi yumşaq,
Dirəyi, qüruru kimi möhkəm,
Örpəyi, üzü kimi ağ olsun.
Və nəhayət, anam çətirli anaların sırasında dursun.
İnşallah gəl payız, anam, gələn payız...
 


Fuad Cəfərli 
xoshbextqadin.az


loading...




Reytinq: +4
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: