«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

"...24 yaşlı Nurayın yaşadığı acı gerçəkliklər" (hissə-2)

 
...Artıq, özümü yaxşı hiss edirdim və bir gün anam yanımda əyləşib mənimlə danışmağa başladı: "Nuray, bir oğlan var səninlə evlənmək istəyir. Sənin şəklini görüb bəyənib, gəl, onunla görüş, tanı və evlən”.

Çox təəccübləndim, təbii ki, etiraz etdim. Çünki beynimdə və ürəyimdə Kənan vardı. Anam da bunu sezmişdi, Kənana olan hisslərimi bilirdi və mənə dedi: "sən elə bilirsən Kənan səni kimi vərəm qızı alacaq? Nə boş xəyallara qapılırsan? Onun anası da razı olmaz. Sənin məqsədini bilirəm, ancaq burda qalıb Kənanla fingirləşmək istəyirsən!”

Bunları anamdan eşitmək məni çox sarsıtdı, anam çox hökmlü qadın idi. Sonra isə, "sənin nömrəni həmin oğlanın bacısına vermişəm, bu günlərdə sənə mesaj yazacaq, oğlana adam kimi cavab yaz” dedi. Nə edəcəyimi bilmirdim. Axı, mən Kənanı sevirəm, ürəyimdə ona yer açılıb. Kaş, onun bundan xəbəri olaydı.

Səhəri gün həmin oğlan telefonuma mesaj yazdı, mesaj bu şəkildə idi: "salam, mən Gülarənin qardaşıyam, adım Elvindi. Mənə nə sualın varsa ver”.

Buna sadəcə salam yazdım. Yenə bildirdi ki, suallarını ver, bir-birimizi tanıyaq. Yazdım ki, bilirsən yəqin, mən işləyirəm, əgər biz ailə qursaq məni işləməyə qoyacaqsan? Uzun-uzadı izahlarla "yox” deyə yazdı. Ona bildirdim ki, işim mənim üçün çox şeydir, mən işimdən heç vaxt imtina etmərəm. Ona görə də alınmaz. Bildirdi ki, sən bilərsən. Sonra da heç nə yazmadı. Mən qorxdum, çünki bacısına alınmamaq səbəbini mənim işimə görə olduğunu deyəcəkdi və o da anama bildirəcəkdi. Anam isə bunu bilsə, məni ömürlük işimdən çıxaracaqdı. Bir qədər sonra yenidən yazdı ki, sənə bir sual verim. Sual bu idi: "sənə ailə vacibdir, yoxsa işin?” Mən isə cavabında "ailə önəmlidir, amma mən heç vaxt işimdən vazkeçmərəm” deyə bildirdim. Sonra başladım Elvinə dil tökməyə ki, bacısına işə görə alınmadığını deməsin. Nə istəyirsən de, bəyənmədim de, amma iş söhbətini demə. O isə bildirdi ki, mən yalan danışa bilmərəm. Bir neçə gün bu haqda ona yalvardım, deməməyini söylədim, o isə dediyindən dönmürdü.

Bir gün bacısı öz qızı ilə bizə gəldi. Mənimlə xeyli söhbət etdi, ona təklikdə mən evlənmək istəmədiyimi demək istəyirdim, amma fürsət olmurdu. Anama danışmağa başladı və dedi ki, indi gələk işləmək söhbətinə. O an tez Gülarənin söhbətini yarımçıq kəsib, mən evlənməyə razıyam, dedim. Üzünü belə görmədiyim adama razılıq verdim. Anamdan və mənə edəcəklərindən çox qorxurdum. Gülarə isə razılıq verdiyimi görüb daha heç nə demədi və görüşümüzü təşkil etdilər. Həmin gün Gülsüm xala iynələrimi vurmağa gəlmişdi, o, qapıdan içəri girən kimi doluxsundum. Nədənsə, o da kefsiz idi. Heç nə danışmadı, mən isə ona sanki gözlərimlə yalvarırdım.

Səhəri gün Elvinlə görüşməyə getdim. İlk görəndə fikrimdə ona incitmədən yox deyəcəkdim. Amma heç bir şey danışmadım. Bütün suallarına "bilmirəm" deyərək cavab verdim. Tez evə qayıtmaq istəyirdim. Evə gələn kimi telefonumu söndürdüm ki, zəng edib bir neçə gün bağlı görüb özü hər şeyi başa düşəcək. Amma anam telefonu söndürməyimdən xəbər tutdu, mənimlə çox pis dalaşdı, gah da şirin dillə danışıb məni yola gətirməyə çalışdı. Onsuz da Kənan səni alan deyil, dedi, məcbur da olsa razılaşdım. Amma ümid edirdim ki, Kənan bundan xəbər tutub məni qurtaracaq. Elvinlə danışanda ona məni məcbur verdiklərini deyirdim, o isə vicdansız halda əhəmiyyət vermirdi. Bir neçə gün sonra elçilik adı ilə bizə gələcəklərini dedilər. Mən düşünürdüm ki, elçilikdə məni oxutduran əmilərim də olacaq, onlar isə yüz ölçüb, bir biçəcəklər. Amma bütün qapılar kimi bu qapı da üzümə bağlandı. İşləri ilə əlaqədar əmilərim gələ bilmədi, biri isə ən sonda söz kəsiləndən sonra gəlib çatdı.

Beləcə, elçilik adı ilə bir anda nişanlı qız oldum. Amma hələ də Kənandan nəsə gözləyirdim. Heç nə olmadığını görüb, başqa çıxış yolum olmadığını anladım. Özümü Elvinə alışdırmalı idim. Ona şərait yaratdım ki, özünü mənə sevdirsin. Tez-tez görüşməyə başladıq. Bir gün onun telefonunda bir qızdan mesaj gördüm. İş yoldaşım səhvən göndərib dedi və baş qarışdı, çox da üstünə getmədim.

Avqustun 21-də xınayaxdı mərasimi oldu, məclis sonunda evə dönəndə Kənanı gördüm, çox pis oldum. Ağladım. O niyə qarşıma çıxdı deyə düşündüm. Dörd gün sonra, ayın 25-də toyumuz oldu. Toyda, hələ də, Kənanın gələcəyini gözləyirdim, məni xilas etməyini fikirləşirdim. Toy bitdi, evə gəldik. Ağlayırdım... Allaha yalvarırdım ki, bir möcüzə olsun, Elvin mənə toxunmasın. Elvin ağladığımı görüb, qorxmamağımı söylədi. Artıq müqavimət göstərməyin mənasız olduğunu anlamışdım. Olan oldu, amma o anda ilk dəfə qadın olduğumu bəlirtən "qan” gəlmədi. Allaha üsyan etdim, mən nə etmişəm ki, bu şeyləri yaşayıram deyə... Bir neçə saatdan sonra o qan gəldi və hər şey normal oldu. Sonrakı günlərdə Elvindən həmin an mənim haqqımda nə düşündüyünü soruşdum, o isə təmizliyimdən şübhə etmədiyini söylədi. Rahat oldum, amma artıq Kənana nifrət edirdim, yanıldığımı anladım, o məni sevməyibmiş. Anam demişkən, öz-özümə xəyal qurmuşam. Artıq Elvinə sadiq həyat yoldaşı idim...

Bir müddət sonra Elvinin əmisi oğlunun toyu idi. Məni də apardılar. Toyda oynayıb əyləşəndə Elvin telefonunu saxlamağım üçün mənə verdi, telefona göz gəzdirəndə daha bir sevgi mesajı oxudum və şok oldum. Elvin məndən əvvəl evli olubmuş...

Ardı var...

Qələmə aldı: Aysel Abdullazadə
Müəllif hüquqları qorunur!
xoshbextqadin.az


loading...




Reytinq: +7
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərhlər
İstifadəçi saytda deyil Derya-urek 21 noyabr 2017 18:57
Maraqlı hekayedır
Sitat         
Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: