«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Ölən dostuma bənzəyirsən...

 
Xoshbextqadin.az şair Oğuz Ayvazın şeirlərini təqdim edir:
 
 
Mənə ölən 
dostumu xatırladırsan,
arıq, balaca boy,
şeiri sevən,
gülməkdən öləcəkdik
tabutunu daşıyanda,
torpaq islaq,
göy üzü buludlu,
adamlar seyrək,
bir dəfə ağladığını
görməmişdim,
baş-beynimizi aparardı,
heç kim gülməzdi
danışdığı lətifələrə...

Mənə dostumu xatırladırsan,
yaşıl gözlərin,
qısa saçın
və yalnız gülməyin,
o qədər çox sevirəm ki,
qorxuram tez ayrılaq,
mənzilə tez çatmağa
can atan, özünü ağaca
çırpan maşın kimi...

Mənə dostumu xatırladırsan,
lap yaxınımdasan,
ovucumun içindəsən,
heç yanımdan ayrılmırsan
dostum kimi,
yanımdan ayrılmayan
dostum kimi
mənə ölən dostumu
xatırladırsan...
 
 
*Afrodita
 
İlk görüşümüzü xatırlayıram,
yağış yağmırdı,
bürkü idi,
istidən nəfəs ala bilmirdik,
sən parıltılı gözlərinlə,
çiçəkli donunla gəlmişdin,
filmə bənzəyirdi gəlişin
ya da bir şeirə,
sən bu şeirin misrasısan,
gözlərin, əllərin,
saçların şeirimin qafiyələri
utanıram bədənin haqda
bir şey deməyə
bədənin yazılmayan
bir hekayə
ya da bir roman
maşınlar küçələrə axışmışdı,
yolların bakirəliyi pozulmuşdu,
qadınlar bizə baxıb
sənə paxıllıq edirdilər,
sən yuxudan duran
uşaq kimi,
sevimli və biraz da dəcəl,
mən hələ də
o görüşü unutmadım...
mən səni xatırlamıram,
sən mənim yanımdasan...

Oğuz Ayvaz 
xoshbextqadin.az


loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: