«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

"...Yarpaq bitəcək payızda qopanların yerinə"

 

Onu anmaqdır unutmaq
Bir daha xatırlamaq
Dönə-dönə yada salmaq.
Onunla olmaq kimi ayrılmaq...

Unutmaq, əslində yox olmaqdır,
Yox etməkdir.
Var olan bir şey yox olmayacağı tək
Birini unuda bilməz ki, ürək
Çünki o,
Var olan yoxdur ürəyin bir küncündə...

Payızın xəzəlinə sığınmış yarpaq
Qızılı sarısına bürünmüş qorxusundan.
Yenə bahar gələcək
Yarpaq bitəcək payızda qopanların yerinə
Unudular bu sarı yarpaq...

Əslində, tökülməkmiş unudulmaq
Yox olmaqmış unudulmaq 
Əslində, varmış unudulmaq
Yoxmuş var olmaq kimi.
Ölmək misalı...

Bir ömür yaşayır insan
Və ölür.
3-ü, 7-si, 40-ı.
Unudulur tədricən tanışların da
Bəlkə yaxınlarında qeyd edilə ili.
Bəlkə də heç yox.
Budur unudulmaq.
Santım-santım ölmək,
Gün-gün yox olmaq...

Elməddin Rahiboğlu 
xoshbextqadin.az


loading...




Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: