«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Dost itirmişəm...

 
Mən getməliyəm buralardan...
Çox tez-tez deyirdim: "Dost, mən buralarda qalmayacam, yerim yoxdur, ürəyim dözmür".

Pis olsa da, məni bu istəyimdən döndərə bilməyəcəyini bilib susurdu.
Zaman daraldıqca tez-tez zəng edər, halımı soruşardı. Onun da getməyini çox istərdim. Anlaşırdıq onunla... Bəzən yanında uşaqlaşır, bəzən kobudalaşırdım.
Yenə də incidiyini bəlli etməz, bir gün belə küsdürməzdi məni. 
"Səni çox istəyirəm, yetər ki, gül, üzün gülsün" - deyirdi.

Günümüzün çox hissəsini bir yerdə olurduq, mülahizələr edər, kofe içib, şerilər yazardıq. 
Bu son günlər özümdə deyildim və başım bərk ağrımağa başlamışdı. Əvvəllər də olurdu, get-gedə də lap şiddətlənirdi. O gün onun da kefi yox idi. Parkda görüşdük. Skamyada, bir az da, məndən kənarda əyləşib, boşluğa baxmağa başladı. Düşündüm ki, bezdirmişəm artıq, düz edir də, bir insanın nə qədər nazı ilə oynayarlar?! Mənlik halı yox idi. Yanında olmağımı belə unutmuşdu. 

- Sənə nə olub? - deyə sual etdim. 
- Heç. Bəs, sənə nə olub? 
- Başım ağıyır. 
- Hə, yorğun görünürsən... 

Yenə dəliliyim tutdu, skamyada uzanıb, başımı dizinə qoydum, güldü. Saçlarımı sığallamağa başladı. 
- Həkimə get, belə baş ağrıları ilə olmaz!
- İstəmirəm. Bilirsən axı, mən buralarda dayanmayacam. Dinməzcə durdu. Əvvəlkilər kimi etiraz etmədi. Qorxmağa başladım. Gedəcəyimi düşündüm və o, məni unudacaqdı. Onu itirmək istəmirdim, amma buralarda dayana da bilməzdim.

Əsgərliyə gedəndə: "səni xoşbəxt görmək istəyirəm, dik dur, hər zaman yanındayam" - demişdi. Onsuz günlər keçmirdi.
Bir neçə dəfə görüş yerimizə gedib, gəzdiyimiz günləri xatırlamışdım. Qəribədi, o gəldi və xoşbəxt günlərimiz davam etməyə başladı. İndi isə bu nə idi?! Mən gedirdim. İnsanlar xoşbəxt olduqları yerdən qaçırlarmış. 

Xoşbəxtikmi? Bilmirəm. Qarışıq idi duyğularım. Hardasa başqa bir dünyada başqa insanlar məni gözləyirdi. 
Ayrılıq zamanı çatmışdı. Bu səninlə son görüşümüz, bəlkə bir daha bir-birmizi görməyəcəyik. Ayağa durdum.
Arxamı döndüm və adımlamaqa başladım. İçim tərəddüdlərlə dolu, daxilimdəki özümlə dəyişirdim. O, mənim dostumdu və olanlara son qoyub, gələcəyə getməli idim. Getdiyimi görüb, bağırmağa başladı: 
- Get, bilirdim ki, gedəcəksən. Tək qoyacaqsan məni...

Dayandım. Mən onu tək qoyurdum, o məni tək qoymaya bilərdi. Geri qayıtmaq istəyirdim, amma hansısa qüvvə qoymurdu. Yolumu davam etməyə başladım. Gəlməyəcəkdi, öz həyatını yaşamalı idi. Güclü idim, amma yaşanmışlar vardı və ixtiyarsız gözlərimdən yaş axmağa başladı.
 
Dostundan ayrılmaqla olanları unutmalı idim. Bu vacib idimi? Onunla qalıb, xoş günlər yaşa bilərdim ya da o məni tək qoymayıb, mənimlə yol yoldaşı ola bilərdi. Sakit idim və heç nə düşünməməyə çalışırdım, bir tərəfdən də göz yaşlarım yolu görməyə mane olurdu.

Dözməyib, qaçaraq yanıma gəldi. 
- Yaxşı, gözlə, birlikdə gedək. 

Çox gedə bilmədik. Həyat insana elə süprizlər hazırlayır ki, macalın olmur qurduğun həyatda xoşbəxt olmağa.
Başımın ağrısı şiddətlənmişdi və məni məcbur olub həkimə aparırdılar. Taksidə rəfiqəmə zəng gəldi və o dəhşətli xəbəri eşitdim. Onu maşın vurmuşdu. Nə olduğunu anlaya bilmədim və gözlərimi açanda xəstəxanada idim. Sən məni tək qoymadın, etibarsız mən olub səni tək qoydum. Ruhunu incitməmək üçün güldüm, amma bil ki, həyatın bütün dadı-duzu səninlə getdi. 
- Niyə belə qayğılı görünürsən? 
- Dost itirmişəm...

Sabina Paşayeva 
xoshbextqadin.az




loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərhlər
İstifadəçi saytda deyil Derya-urek 21 noyabr 2017 18:55
Maraqlıdır
Sitat         
Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: