«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Dünyaya övlad gətirən hər qadın ANAdırmı?

 

Gül Aman Sirliqadın.az üçün yazır:


Doğum evində mamaça vəzifəsində çalışıram. "N" sayda qadının dünyaya bəxş etdiyi yeni dünyaya şahid olmaq sevincini yaşayıram. Hər bir qadının analıq vəzifəsinə başladığına şahid olmaq, o vəzifəni yaşamaqdan çətin və şərəfli ola bilməz... 
Qadınlar... Hər biri fərqli, hər biri fərdi xarakterə malik... Hər biri dünyaya yeni bir dünya bəxş etmək prosesini - doğum çətinliyini bir daha yaşamamağı çəkdikləri ağrının əzabından diləyirlər. Amma əllərinə aldıqları an baxışlarda canlanan məna bunun tam əksini deyir. Bu gözəlliyi yaşamağa dəyərmiş, deyirlər... Qoyunlarına alaraq ilk qidalarını onlara verdikleri an keçirdikləri hiss, duyğu o əzabı unutdurur. Beləcə, ana nəvazişi, qayğısı, sevgisi artmağa başlayır. Hələ bətnindəykən yaranan bu dəyər bir ömür boyu yaşamaqla daha da dəyərlənir...
 
Bu dəyərə məsul olduqlarını isə əksəriyyət anlamır... Sayca neçənci övladı dünyaya gətirən qadınlar var... Əksəriyyət düşünəcək ki, bu normaldır. Qadının vəzifəsi budur... Xeyr! Qadının vəzifəsi tək nəsil artırmaq olsaydı, Hz. Əli (ə.s.)-ın bir kəlamı var olmazdı: "Qadın insanlığın anasıdır." 
Bir ömür boyu bütün ehtiyaclarını ödəməli olduğunu, bilməli olduğunu unudan qadınmı?! Xeyr! Onu buna məcbur edən cəmiyyət - vəzifə anlayışlı baxışlarla qurulan cəmiyyət! Aydın baxışlı qadın - ana olan bir insan çox yaxşı anlayır ki, dünyaya yeni bir insan gəlir. Dəyərli bir canlı varlıq. Bəli... Dəyərlər toplumu olan canlı varlıq... Bu dəyərləri yaşayıb, yaşatmalı olan canlı varlıq. 


Ana bu anlayışa sahib olmasa, dünyaya gətirdiyi övladı necə böyüdəcək? Bütün qadınlar bunu anlayırmı, dərk edirmi? Əksəriyyət etmir. Onlar cəmiyyətin təsiri altında bu ada sahib olurlar. Sahib olmaq isə kifayət deyil, layiq olmaq gərəkdir! Layiq! 
Hər qadın layiq deyil! 


Bu gün canından ayrılan canı tərk edən qadınlar var! 
Bu gün canından ayrılan canı dünya nemətinə - nəfsinə satan qadınlar var! 
Bu gün canından ayrılan canı ona qocalıqda qulluq etsin deyə yetişdirən qadınlar var! 
Bu gün canından ayrılan canı öz mənfəətinə, şan-şöhrətə görə (cinsinə görə, və s.) dünyaya gətirib yetişdirən qadınlar var! 


Bu gün canından ayrılan canı nə zamansa özünün olmaq istədiyi, amma ola bilmədiyi yerdə onu görmək üçün yetişdirən, beləliklə, gələcəkdə robot yaradan qadınlar var! 
Bu gün ana sözünün əsl anlamını bir ömür dərk etməyən qadınlar var! 
Bütün bu qadınları yetişdirən cəmiyyət var! Bu cəmiyyətin bu vəziyyətdə olduğunu unudan yox, göz yuman insanlar var. 


Qadınlar sahib olduqları varlıqları ilə necə bir sevgi mənbəyi olduqlarını hər kəsə yaşatmaqla, hər kəsi ilahi bir gücə şahid edərlər. İlahi güc sevgi, ağıl, aydın fikir, düşüncədirsə, yaratdığı da ona uyğun olacaqdır. Hər yaradılışdan yaranan da ona uyğun olacaqdır. 
Müşahidə edin, xanımlar... Özünüzü müşahidə edərək tanıyın. Yaradılış missiyanızı dərk edin...
Unutmayın! Yaradılan hər şey gözəldir, bu gözəlliyi duyub sevmək daha gözəldir, bu sevgini paylaşaraq sevinc bəxş etmək ondan da gözəldir. Həyat gözəldir, həyatı sevmək daha gözəldir, həyat, bu gözəlliyi duyanlarla birgə ondan da gözəldir... Bu gözəllikləri içində tam edib, dünyaya bəxş edənlərin tutduğu yolda yürümək gözəldir, hər anın dəyərini bilib doğru yoldan istifadə etməyi unutmayanların həyatına şahid olmaq ondan da gözəldir... 


Özümüzə şahid olmaq, gözəlliklər içində gözəllik yaratmaqdır!


xoshbextqadin.az


loading...




Reytinq: +3
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: