«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Hər kəs öz arvadını sevsə...

Hər kəs öz arvadını sevsə...

 

Tural Sahab yazır: 
 
Onun adı ilə...
Millətçilik olmaz dedilər- mən Türkəm demək başqa millətlərin xətrinə dəyər. Beləliklə milli dəyərlərimizdən, min illər boyunca formalaşan milli əxlaqımızdan uzaqlaşdırdılar bizi.
Din-mənəviyyat yoxdu, ateistlərin xətrinə dəyir deyib, mənəvi dəyərlərimizdən də qopardılar bizi və dəyərsizliyi, mənəviyyatsızlığı dəyər olaraq bizə sundular. Nəticədə isə vicdanımız koraldı, insanlığımızı yavaş-yavaş itirməyə başladıq cəmiyyət olaraq.

Bu gün bir azca ağlı olan uçuruma doğru getdiyimizi deyə bilər. Çox yox da, 20-30 il bundan öncəsinə qayıdaq və o zamanki halımıza baxaq. Uşaq sayının çox olduğu nənəli-babalı geniş ailələr, ruhən və bədənən sağlam insanlar, uzun ömürlü ailələr. O zamanki yazılan əsərlərə, çəkilən filmlərə indi həsrətlə baxırıq. "Dəli kür” kimi bir əsər yazılıb, filmi çəkilə bilmir bu qədər inkişafa baxmayaraq. Üç uşaqlı ailə tapmaq çox çətinləşib, nənə-babanı bir kənara qoyaq, çox uşaq heç atalı- analı böyüyə bilmir. Ətrafımızda  boşanan ailələrin sayı sürətlə artır. Bir zamanlar böyük sözü dinlənərdi, çünki böyüklər böyükdü, ancaq indi qoca babalar facebook'da qız qovalayır...


"Facebook" dedim də, bir az da elə ondan danışaq. Son zamanlarda dostluğumda olan xanımlar kişilərdən yaman gileylənir, elə ağıllı kişilər də qadınlardan... elə bir fikir formalaşıb ki, bir qız-qadın internetə girirsə, deməli, ona yazmaq – sevgi elan etmək, görüş təklifi etmək olar. Ya da yaşlı xalalar cavan oğlanlarla istədiyi kimi intim mövzulardan danışıb "virtual sex” edə bilər. İnsanın qarşı cinsdən birindən xoşu gələ bilər, onunla tanış olmaq, onu sevmək də günah deyil. Ancaq daha hər gördüyü qarşı cinsə "quyruq bulamaq” olmaz axı.
 
İnanın ki, burada tanımadığımız insanlarla danışdığımız qədər öz ailəmizlə danışsaq, tanımadığımız insanlara dediyimiz gözəl sözləri öz həyat yoldaşlarımıza desək necə gözəl olar. Burada biri şəkil paylaşan kimi "xanım çox gözəlsiniz” vəya "çox yaraşıqlı oğlansınız” yazırıq.

Gəl görək neçə kişi öz arvadına heç olmasa ayda bir dəfə "çox gözəlsən, səni çox sevirəm...” kimi sözlər deyir. Neçə qadın öz ərinə "sənsiz yaşaya bilmərəm, yaşama səbəbimsən" deyə bilir?! Bax beləcə yavaş-yavaş qopuruq bir- birimizdən, ailələrimiz dağılır, uşaqlarımız tam insan olaraq böyüyə bilmir. Subay insanları başa düşmək olar, bəs evlilər nə üçün burada sevgili gəzir? Yəqin ki, kişi orda-burda hərlənir, öz məşuqəsinin yanında atəşini söndürüb, evə elə gəlir. Burada qadın nə etsin, axı o da sevilmək, ilgi görmək istəyir.

Bu zamanda devrəyə cavan, subay oğlanlardan biri girir. Ya da kişi qadınından sevgini, cinsəlliyi görmürsə nə etməlidir, əlbət, evində görmədiyini qıraqda axataracaq. Uzun sözün qısası, hər kəs öz həyat yoldaşı ilə maraqlansa, nəfsini başqa yönlərə çevirməsə inanıram ki, bir çox problemlərimiz həll olunacaq.
 
Qadının facebook'a girməsinə pis baxan kişi, axı sabah qızının girməsinə əngəl ola bilməyəcək və ya hər gördüyü qıza, gəlinə yazan cənab, axı sabah sənin də ailəndəki qadınlar e-dünyada eyni cür narahat olunacaq.


Nə yazıq ki, millət kimi formalaşa bilmirik. Hələlik kütləyik biz. Kütlədə də bu cür problemlər çox olacaq. İnsan adicə yol ilə gedəndə utanır. Binların divarlarına yazılan "bura zibil atanın...” sözləri, istirahət zonalarındakı natəmizlik, əslində, çox şey deyir. Maşınlarda, evlərdə yüksək səslə dinlənən müsiqilər, yüksək səslə danışmaq, insanların olduğu yerdə söyüş söymək və b .
 
Bütün bunlar həll olunmadan biz düzəlməyəcəyik. Böyük şəhərlərdə belə neçə kitab dükanı, neçə kitabxanamız var, ancaq kafelər, barlar, çayxanalar istənilən saydadı. Gənc kitab oxumaq əvəzinə, təsbeh hərləmək öyrənir. Ömründə bir dənə də kitab oxumayan insanların yolu türmələrə tez-tez düşər, ailəsi tez dağılar, nə öz ailəsindəki qadınlara, nə də yolda-bayırda gördüklərinə hörmət edər. Oxumaq, düşünmək deməkdi... düşünmək isə insan olmaq- mədəni insan deməkdir...

 
 
 
Tural Sahab
Sirliqadin.az



loading...




Reytinq: +3
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərhlər
İstifadəçi saytda deyil XOSBEXT QADIN.az 26 iyun 2016 13:54
maraqli yazidi ...
Sitat         
Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: