«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Gözlərim gözlərinə sevgi olub axsın, sevgilim...

 
Sən də getmə, sevgilim!
Mənim də tanrım gözəllik və sevgidir. Mənim də aldığım hər
nəfəs gözəlin, sevgilinin hədiyyəsidir. Sən də get – deyərdim. Üzməzdim səni, inan ki, belə edərdim. Ancaq sən getsən , səninlə çox şeylər gedəcək, bilirəm.

Dünyada hər zaman sevgi və şəhvətin savaşı gedib. Şəhvət, ehtiras, kin, nifrət şeytanın və şeytanlaşmış ruhların silahı, sevgi isə Allahın və onu sevənlərin. Qabil və Habil kimi və onların nağılı kimi. Sən
getsən, ruhumdakı şeytan qalib
gələr sevgimə, ümidlərimə... Yaşayaram, ancaq bir ağac kimi. Yarpaqlarım olar, bəlkə də, yaşıl, sarı, payızlarda isə qırmızı rəngdə. Hər küləklə baş əyərəm ayaqlarının dəydiyi torpağa, daşa...

Sənsiz bir quş yuva qurmaz, məsələn, yarpaqlarımın
arasında. Sənsiz baş əyərkən torpağa, məsələn, balaca bir qızın oyuncaq
topu toxunmaz, oyatmaz məni yuxudan.

Sən də getmə. Getmə, sevgilim. Bax, indi fevralın son nəfəsində bahar havası duyulur. Bahar gəlir, sevgilim. Bu baharda güllərimiz açsın. Mən neçə baharı öldürdüm
göz yaşlarımda. Göz yaşlarım bitdi, növbə gözlərimdədir. Gözlərimə qıyma, gözlərim bir ömür sənin üçün baxsın, sənə baxsın. Gözlərim gözlərinə sevgi olub axsın, sevgilim.

Sən də getmə. Yox, yox, bu dəfə getmə deməycəm. Bu dəfə, qoy, mən aldadım ürəyimi. Deyəcəm ki, sənə "get”. Sən də get. Gedişinə bir şeir belə yazmayacam. Bir şeiri daha ürəyimdən qoparmayacam. Bilmirdim, bilirəm indi. Yaşaya bilməzsən yaşadığım xəyallarda,
yaşadığım dağlarda. Get, şeytan qalib gəlsin
daha bir qəlbə. Şeytan gülsün, şeytanın qəhqələrində boğulum, unudum səni. Mən başdan ayağa duyğuyam, mən əvvəldən
sonacan şeirəm, sevgilim. Bir gün kövrəlsən, incitsə səni "ayaq izlərin”, düşünərsən məni. Yaddaşını yoxlayarsan, qalsam yadında, baharda açan ilk gülə söylərsən məni. Mən sən olmuşam, mən sənəm, sevgilim.

İndi qal demirəm. Get, get sevgilim, ancaq gedərkən yol kənarında
bir köhnə məzarlığa atarsan məni.


Tural Sahab
xoshbextqadin.az
 


loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: