«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Əslində mən...(Həyat hekayəsi)

Əslində mən...(Həyat hekayəsi)



Anam rəhmətə gedəndən sonraki illərdə başıma o qədər işlər gəldi ki, indi də düşünəndə " o nə xaos idi" deyirəm. Bir tərəfdən işsizlik, bir tərəfdən uğursuzluq, bir tərəfdən də anama qarşı rəftarimdan duyduğum peşmanlıqlar rahatlığımi əlimdən almışdı. İntihar etmək istəyirdim. Ancaq canim da əzizdir, bilmirdim hansi yolu seçim ki, rahat ölüm olsun. Özümü asa bilməzdim, dənizə ata bilməzdim, ən yaxşısi dərman içib ölə bilərdim. Ancaq nə içib də rahat ölə bilərdim deyə yollar axtarirdim. Nəhayət bir gün axtardığım cavabi tapdim. Asan ölüm yolu O gün beynimdə nələri götür qoy elədiyimi aydınlığı ilə xatırlayıram. Bütün paltarlarımı yuyub tər-təmiz ütülü halda yığdım, evi dib dəhnədən təmizlədim, hər günki kimi koridordan tutmuş küçəyə qədər hər tərəfi süpürdüm. Ağacları suladim. Küsdüyüm bir neçə adama mesaj yazdim. Sabah vidalaşacaqdim hər şeylə. Gözümdə heç nə yox idi. Gecə idi. Yuxum ərşə çəkilmişdi. Yadıma yaşadığım sixintilar düşmüşdü. Niyə axi məndə heç nə alinmadi deyə ağlamağa başladım. Yastığım su içində idi. Dərdin biri bitib o biri başlayırdı gözlərim önündə. Elə bil bu dünyada bu günə qədər yaxşı bir şey olmamışdı həyatimda. Yaxşı heç nə xatirlaya bilmirdim. Bu ağrılar içində qəfil yuxuya getdiyimin fərqində olmamışam. Yuxuma anam gəldi. Elə bil duymuşdu nə etmək istədiyimi. Yanimda oturub saçlarıma sığal çəkdi. (Sağlığında bunu heç vaxt etməmişdi) əlləri üzümdə gəzdi, əyilib gözlərimdən öpdü. Yavaşdan " sən çox xoşbəxt olacaqsan"- dedi. Elə bil onun gedişini hiss elədim. Ayildim. Gecə yari idi. Yuxum yadima düşdü, üşəndim. Yerimdən qalxib su içmək istədim. Gözüm stolun üstündəki dərmana sataşdı. Ömrümə son qoyacaq dərmana. Anamin əlinin istisi üzümdə gözüm də dərmanda. Get-gəldə qaldim. İçimdə bir həyat eşqi baş qaldırmışdı. Yaşamaq da istəyirdim. Yerimə qayıtdım. Qərarsız qalmışdım. Eybi yox, sabah da BDU ya gedim, qizlarla da görüşüm, sonrasına baxaram dedim. Elə həmin gün rəfiqəm Elnarə əl çəkmədi ki, mamam gilə səndən danışmışam, gedək bizə. Bir növ darta-darta məni evlərinə apardi. Əhvalim pis deyildi. Yemək yedik elədik, dedi alt mərtəbədə haci xanım yaşayır, əla qadındır. O da səni görmək istəyir. Gəl gedək onlarla. Getdik.
Qapini mələk üzlü bir qadın açdı- o, Amalya xanım idi. (Daha sonralar həyatimda ciddi iz qoymuş bir qadın)
Amalya xanım mənimlə xeyli söhbət elədi, onun söhbəti, danışığı içimə bir rahatliq, hüzur gətirdi. Gözümdən sallanmış o qara pərdəni kənara çəkib dünyanın rənglərini göstərdi.

- Vəfa, səni Məşhəd ziyarətinə aparacam dedi.

Namazlarimda çox diqqətli idim, o ziyarəti də arzu etmişdim. Ancaq çox da dərinə gedib içimə onu da bir dərd kimi salmaq istəməmişdim. (Maddiyyatdan dolayı) İndi hacı xanım belə deyəndə dondum qaldım.
Sabahi evə gəldim. Stolun üstündəki o dərmani zibil qabina atib yeni arzular qurmağa başladım.
Beləcə bir gün Elnarə gəldi dedi ki, Vəfa bəs haci xanım deyir ki, gedək ona xarici pasport düzəldim. Getdim, görüşdük.. Lazımi sənədləri verdik. Haci xanım gedib pulunu da ödəyib gəldi. Və başladıq yol tədarükünə. Hər şey hazir oldu və biz Məşhədə yola düşdük. (Bu ziyarət haqqında daha sonra ətraflı yazacam) Bütün xərcimi Amalya xanım çəkdi.

Ziyarətə gedən vaxt anamdan qalma qara üstü naxışlı parçadan özümə şalvar pencək tikdirdim. Orda geyinməyə çadra filan aldim.1 həftəlik yolçuluqdan sonra evə qayitdim. Başımda çalma fason yayliq. Elə oldu ki, həmin vaxt mənə xeyli yayliq pay gətirdilər. Və bütün bunlar "Kloun" serialinin getdiyi vaxtlar idi. Baş rolun ifaçısı Hadenin gözəl yaylıqları, stili ağlımı başımdan almışdı Başladım bu yayliqlari bağlamağa. Uzun yupka, qolu uzun koftalar geyinməyə. Uzun sirğalar taxmağa. Hade kimi geyinmək istəyirdim Və bu minvalla bir də gördüm ətrafim elə düşünür ki, mən hicab bağlamışam. Ancaq mənim geyimlərim hicab deyildi, sadəcə bir stil idi. Xanim, xatın görünürsən, vəssalam. Bir də gördüm qonşu gəlin gəldi ki, "Vəfa, bəs yoldaşım deyir ki, halal olsun Vəfaya, gör o cür dəyişkən geyim geyinən qiz, birdən birə necə hicaba keçdi" . Qiza başa salmağa çalışdim ki, mən hicab geyinmirəm. Mən sadəcə həvəsdən belə geyinirəm. Gördüm yoxe, bu elə o fikirdədir ki, bu da hicabdir. Nəisə. O getdi və mən düşünməyə başladım. Ola bilsin doğru deyir. Bəlkə heç özüm də bilmədən hicaba keçmişəm? İndi içimdə üsyan başlayıb. Çox adam məni hicabli sayir, ancaq mən bilirəm axi ki, sabah rahat bir geyim geyinə bilərəm. Günlər keçir, mən nə edəcəyimi bilmədən çaşdım qaldim yenə. İlahi, indi insanlar düşünəcək ki, bu qiz nə etdiyini bilmir. Gah hicab taxir, gah soyunur. Məhlədə də 2-3 gəlin mənim həvəsimə hicaba keçib. İndi qalmışam qirila-qirila. Necə edim? Onlar məni nümunə götürüb axı özlərinə? Ətrafin fikri içimi didib dağıdır. Və başladım dua eləməyə ki, Allah bu geyimi mənə sevdirsin. Və elə də oldu. Düz 2 ilə qədər hicab deyil də, sadəcə yaylıq bağlayıb örtülü geyindim. Bu dəfə başqa problemlər çıxdı. Məni görən hicabli xanimlar geyimimə irad tutmağa başladılar ki, "xanim, siz düz geyinməmisiniz". Mən özüm də bilirdim bu hicab deyil. Hicab geyinmək üçün içəridən, ruhdan hazır olmalısan. Mənimsə ruhum başqadı. Mən küçənin ortasında musiqi eşidib tam rahatlıqla oynaya bilərəm. Mən lətifələr danışıb qızlı oğlanli hamını güldürməyi sevirəm, mən kompleksi az olan, azad ruhlu insanam. Heç bir qaydalara riayət etməyi sevmirəm, mənim öz doğrularım var, kütlənin ardınca getmirəm. Öz yolum var. İçimdə Allah olduğunu hər zaman bilmişəm. Onu göylərdə aramamişam.
.. Və mən bir gün anladim ki, artıq neçə vaxtdır ki, özüm deyiləm. Başqasının qabına girmiş kimiyəm. Və bu qabdan çıxmaq zamanıdır. Qarşımdaki bütün maneələri gözə alaraq, ardimca deyiləcək bütün sözləri, bağlanacaq vedrələri düşünərək yayliqli geyimlərimi topladim və sabahi gün əvvəlki geyimimlə qonşunun toyuna getdim. O məclisdə toydan daha çox mənə diqqət vardı. Bilirdim nə düşünürlər. Bunları gözə almışdım. Ancaq özüm içimdə rahat idim. Bu mən idim. Əsl mən.

P.s məncə insan dərk etməlidir ki, bu həyata bir dəfə gəlib və özü kimi yaşamalıdır. Hicab isə ağır mövzudur. Hər başına yayliq bağlayan da hicabli deyil. Bu yolu ürəkdən seçən, o yaylığı, o geyimi sevə-sevə geyinən bütün xanimlarimiza da eşq olsun

loading...




Reytinq: +3
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərhlər
İstifadəçi saytda deyil Derya-urek 21 noyabr 2017 18:54
Bezıfıkırlerle razıyam amma hıcaba kecseydınız lap gözel olardı
Sitat         
Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: