«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Həyat nə üçün hamıya eyni deyil?! (dilənçi körpə - esse)


 
Xanım Bağırova xoshbextqadin.az üçün yazır:
 

Mən dilənçilərə pul verməyə,dilənçilərə qarşıyam. Ama uşaqları diləndirənlərə isə nifrət edirəm.Bu körpə istismarıdır. Dilənçilərə nifrət edirəm desəm, tam yeri olar. Bizim şəhərdə də qaraçı adlandırılan küçənin hər bir yerinə səpələnmiş "dilənçilər"çoxdur. Amma biri var idi, hər dəfə onu görürdüm, 13 yaşında balaca qızcığaz. O, tam fərqli idi, baxışları, gülüşü... Üzündə sanki həya var. Çox da gözəldir. Yaşıl gözləri, sarı saçları, ağbəniz, amma günəşdən ləkə düşən üzü və çox şirin gülüşü, çox xoş siması var. Üstü-başı kirli və cırıq, əlində qara, rəngi solmuş çantası. Nəsə var o uşaqda məni özünə çəkən, amma nə? Hər dəfə yanından keçəndə mənə kiçik gülüş atırdı, balaca yaşıl gözləri sanki məhəbbətə susamış kimi baxırdı mənə. Hər dəfə önünə pul qoymaq istəyəndə başını aşağı salaraq:


- "Yox, sən pul vermə, nə olar" -deyir
Bəli, qəribədir, bu kiçik körpəni nə idi, axı, bu hala salan? İnsanlar mı? Yaşam mı? Doğulduğu ailə mi? Mühit mi? Yoxsa həyat mı?Axı, niyə həyat insanlara adil yanaşmır? Ədalətin hanı, dünya?
Bir gün işə gedərkən bu qız da mənimlə eyni marşuruta mindi, yanımda əyləşdi, əziz adamını görmüş kimi, məni görəndə necə sevindi və dedi:
-Salam necəsən?


+Salam gözəlim, sən necəsən?
-Mən?(güldü)... yaxşıyam
+Oxuyursan mı məktəbdə?
-Yox mən oxumuram, amma bacım oxuyacaq!
+Neçə yaşın var?
-13  yaşım var. Adımı yazmağı bilirəm amma...
+Acsansa, yemək alım sənə.


-Yox işimə gecikə bilmərəm (dayanacaqda düşdü, mənə əl sallayaraq getdi)
İş? -bəli, bu körpə dilənçiliyi iş bilirdi. Çünki ona belə öyrətmişdilər. Dilənir mi, diləndirilir mi, bilmirəm, amma o uşağın üzündə həya var idi, o, bunu istəyərək etmirdi, bilirəm! Maraqlısı isə burasıdır ki, özü oxumayıb bacısı oxusun deyə çırpınır. Üzündəki məsumluqla yanaşı, yorğun ifadə də var idi. Çünki həyat onu yormuşdu. Amma onun da gülməyə, yoldaşları ilə oynamağa, oxumağa, ən əsası, sevgi görməyə haqqı var idi!


Xanım Bağırova
xoshbextqadin.az
 


loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərhlər
shehla 6 oktyabr 2015 09:48
Salam.. InshAllah saytiniz uzun omurlu olar...
Sitat         
Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: