«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Anadan qızına nəsihətlər - Əziz qızım (Düşündürücü hekayə)

Anadan qızına nəsihətlər - Əziz qızım (Düşündürücü hekayə)

 


 

Əziz qızım! Gün gələcək, mən qocalacağam – o zaman səbr et və məni anlamağa çalış. Əgər yemək yeyərkən üzərimə tökərəmsə və ya sənin köməyin olmadan əynimi geyinə bilmərəmsə, səbrli ol. 


Sənə bütün bunları öyrədərkən necə səbirli davrandığımı xatırla. Əgər səninlə danışarkən eyni şeyi dəfələrlə təkrarlasam – sözümü kəsmə, sonacan dinlə. Kiçikkən yuxulamağın üçün eyni nağılı dəfələrlə oxuduğumu xatırla. Görsən ki, yeni texnologiyanı anlamaqda çətinlik çəkirəm, mənə gülmə. Mən min bir çətinliklə sənə bundan da asan şeyləri öyrətmişəm; yeməyi necə yeyərlər, daha gözəl necə geyinə bilərsən, həyatın çətinlikləri ilə necə mübarizə aparmaq lazımdır...


Əgər birdən iştaham küsərsə, məni yeməyə məcbur etmə, mən özüm nə zaman yeməli olduğumu bilirəm. Əgər ayaqlarım məni gəzdirməyə çətinlik çəkərsə, mənə əlini ver, necə ki, sən ilk addımlarını atarkən mən verərdim...


Əgər nə zamansa nəyisə unudaramsa və ya nitq qabiliyyətimi itirərəmsə — mənə xatırlamağım üçün zaman ver. Əgər yenə də alınmasa, narahat olma. Axı, əsas olan mənim nə dediyim deyil, əsas olan mənim səninlə olmağım, səninlə danışmağım və sənin də mənə qulaq asmağındır...

 
loading...


Mənim qocalığımı görüb kədərlənmə, əsəbiləşmə, özünü çarəsiz görmə. Sən o zamanlar mənim yanımda olub mənə kömək etməli, məni anlamağa çalışmalısan, necə ki, sən həyata ilk addımlarını atanda mən sənə bunları edirdim...


Yardım et irəli gedim, yardım et öz yolumu sevərək və səbrlə bitirim. Buna qarşılıq səni, heç sönməyən, ölümsüz sevgim və təbəssümümlə mükafatlandıracağam. Qızım, səni sevirəm...



xoshbextqadin.az


loading...




Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərhlər
İstifadəçi saytda deyil Sabina 27 oktyabr 2015 13:50
Burda deyirsən? Yazdim
Sitat         
Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: