«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Zaman keçdi, anladım ki, əslində, itirməkdən qorxduğum, uşaqlığım imiş...

 

 

Sabina Paşayeva Xoshbextqadin.az üçün yazır:


Məktəbə getdiyim zamanlarda səkidə yaşlı bir nənə görürdüm. Gözlərində yorğunluq, bezginlik... Gözlərinin altı torbalanmışdı. Keçib-gedən insanlara baxırdı, bəzən, balaca uşaq

görəndə azca gülümsəyər, tez də qəmgin bir görüntü alardı. Hər gün nənəni görəndə, özümə sual verərdim: "Görəsən, nələr yaşayıb, nələr keçib ömrünün, əngəlli, dağlı-dərəli yollarından?!"
Simasinda bir nur vardı. Görmədiyim günlər narahat olurdum: - "Görəsən, başına nə gəldi, niyə yoxdur?!"- deyə. Birmənali olaraq öyrəşmişdim nənəyə.


Saçları ağ, azca dolu, üz-gozu qırış, bununla yanaşı, gözləri nurlu... əlləri qırış... duyğusal, gözləri yorğun, nənə... O nənəni görduükdən sonra, böyümək istəmirdim. Zaman keçəcəkdi, böyüyəcəkdim, o nənə olmayacaqdı, görə bilməyəcəkdim onu, aparacaqdı

qara torpaq onu da... Ayıracaqdı məndən... Sevdiklərimi ayırdığı kimi... Ağlayacaqdım... Bilməyəcəkdi, anam nə üçün agladığımı... Susacaqdım... Bir yerə baxaraq,

minlərcə yeri gəzəcəkdi xəyalım... "Görəsən, o nənə kimdir, niyə öyrəşdim ona, niyə onu görməyəndə narahat oluram? Niyə qəmgindi gözləri, üzü nədən solğundu?..."
Təsəllim olacaqdı hər dəfə görüşlərim: - "Bu gün də gördüm, sağdır!"- deyə. 
Heç bilmirdim niyə qorxurdum onu itirməkdən.
 
Zaman keçdi, anladım ki, əslində, itirməkdən qorxduğum, uşaqlığım imiş...


 
 
Sabina Paşayeva...

loading...




Reytinq: +3
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərhlər
İstifadəçi saytda deyil XOSBEXT QADIN.az 26 iyun 2016 13:59
cox kovreldim gozlerim doldu recourse
Sitat         
Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: