«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Sevgi diləndiyi üçün bir yox, min kişiyə “əl açır”

 
Gözəlliyinə vurulsa, bədənini sevəcək, ağlına vurulsa, dost-tanışın yanında qürrələnmək üçün yanında gəzdirəcək, yalnız təmizliyinə inansa, səni evinə "arvad” edəcək.

 Mələk heydərova yazır:

Yay günü... Enli, uzun küçə ilə gedirəm. Sərin külək saçlarımı oynadır. Fikirlərim qarışıb. Çantanın ağılığı çiynimi ağrıdır. Bəlkə də yaşadıqlarımdı, çiynimə yük olub...Özümü bir film qəhrəmanı kimi hiss elədim lap. Sanki indiki vəziyyətim filmin son kadrıdı.Təkcə fonda musiqi yoxdu. Böyük plan: dolmuş gözlər və arxaya baxacaq qədər cürəti qalmayan cılız bir qadın. Ürək artıq umduğu sevgini tapa bilmədiyi üçün yorulub, vücud isə yaşamaq məcburiyyətindədir. Hər ikisinə ağırdi.
Həm bədənə, həm ürəyə...


İllərlə birinin yalançı və məqsədli sevgisini həqiqət sayıb aldanırsan. İllərlə tək qalmaq qorxusuyla səni hər "sevdim" deyənə inanırsan. Sərin bir yay günündə isə o sevgi hava ilə sovrulub gedir. Və qəfil yuxudan oyanırsan. Yaşadığın bu yalanların epizodları gözünün qabağından filmin qısa anonsu kimi sürətlə keçməyə başlayır. 
Bəli, bax, mənim filmim də bu yalandan başladı.
Sevilmədik...


Həyatda "biz" özümüzə bir rol seçdik. Bu rolu üç sözlə xarakterizə edəsi olsaq, belə olar: Gözəl, bədbəxt və yazıq.
Biz özümüzü çox erkən yaşlardan "bədbəxt qadın" adlandırmağa başlayırıq. Dünyada min bir dərd varkən sevgi azlığı yaşadığımız üçün elə ən böyük dərdin bizdə olduğunu düşünürük. Sevgi yoxluğu, sevgi azlığı bizi  dilənçiyə çevirir. Son zamanlar biz qadınlar dilənməyə başlamışıq. Sevdiyimiz insandan diqqət, ünsiyyət, vaxt, həyəcan, gülüş, sevgi, xoşbəxtlik dilənirik. Bu isə məncə, son zamanlarda kişilərdə sevgiyə qarşı qorxu yarandığı üçün belə olub. Sanki sevməmək üçün ürəklərinə böyük bir sərhəd çəkib, sevgi anlayışını itiriblər.  


Dilənənlər üçün yazıram...
Bizi nə üçün sevirlər, ya da sevmirlər?
Ailə həyatı qurmaq üçün əsas şərtlərdən biri (ailə həyatı üçün şərt mi lazımdı, anlamıram): Bakirəlik. Xasiyyət, dünyaya baxış, elə də, önəmli deyil. Uşaqlarını necə yetişdirəcəyi və cəmiyyətə necə vətəndaş təqdim edəcəyi düşünülmür. O, yalnız "təmiz qız" deyimini anlayır və bu qədər. Gələcək 50-60 ilini sevmədiyi bu qadınla keçirəcəyini düşünsə də, önəm vermir. Ata-babadan gördüyü kimi həvəsinə uyğun olanı qıraqda tapacağına əmindir,  onsuz da. Sevmədən evlənir. Lazımdı deyə, ata-ana deyib deyə, doğulacaq övladını ayda bir dəfə gəzməyə aparmaq üçün evlənir. Sevdiyi var, onu sevən də var bəlkə də. Amma əlinə başqa kişi əli dəydiyi üçün onu özünə həyat yoldaşı etmir.


Sevgidə həyəcanı ailə qurduğu insanda tapmadığı üçün qıraqda "gəzir”.  Və "gəzdiyi” adlandırdıqları bu qadın onu bəlkə də hər kəsdən çox sevəcək. "Gəzdiyi" sözü də özlüyündə bir qaranlıq məna daşıyır. Deyərdim, qadına yaraşmayan bu təqdimat formasından çox qadının xəbəri olmaz. Əslində gəzdiyi qadın onu həqiqətən sevən, heç nəyə baxmayaraq, qəbul edən bir qadındı. Günahi yalnız bədəninə kiminsə toxunmasına icazə verməsidi. Amma yenə də bu qadının günahı sayılmaz. Ümumiyytlə burda günah yoxdu. Sevdi, alınmadı, ayrıldı. Lakin bu kişilər üçün faciədi. Bu qadın kişinin qayğısını "evdəkindən" daha çox çəkər. Kişinin anasına özünkündən daha çox dəyər verər. Elə buna görə də kişi onu evdəkindən çox sevməyə başlar.

Ailəsini dağıtmaz. "Təmiz qız" deyə aldığını bu dəfə "uşaqlarımın anasıdı" deyə qoruyar. Bu ailəni tək uşaq saxlayar. Kişi illərlə bu həyatı sürdürə bilər. Hər iki qadın buna dözər. Nə gəzdiyi ayrılar, nə evdəki çıxıb gedər. Hər iki qadın ömrü boyu sevgi dilənər. Və bir də gizlətdiyi uşaqlıq, cavanlıq sevgisi olar həmişə. Hansı ki, nə "gəzdiyi” olub, nə də aldığı. Uzaqdan qoruyub, uzaqdan sevib onu. "Yaxşı qızsan, sənlə oynaya bilmərəm" deyib uzaq durub. Tək səhvinə görə silib həyataından, bəlkə də, bəlkə də "təmizliyinə” şübhə edib. Nakam məhəbbətin acısını illərlə özü tək-tənha keçirər. Qadın unudar. Amma kişi baba olsa da, nəvələrinə o ilk, nakam sevgisindən danışar.
Bəlkə illər sonra sevgisinin arxasıyca getmədiyi üçün peşiman olacaq. Hər sevgi dilənən qadınına da ondan danışacaq.


"Mən yanmışam, yanmaram bir daha”
Bütün bunlardan başqa, "zamanə qadınları" var. Həm müasirdilər, həm gözəl, həm də ağıllı. Heç kəs aldada bilməz onları. Özləri istəməsələr, aldanmazlar. Sevdiklərini də özləri seçərlər, seçilməzlər. Amma… Sevdiyi tərəfindən sevilməzlər. Sevilsələr belə xəyanətə uğrayar və sevdiyinə baxmayaraq, bağışlamaz.


Müasir qadın mükəmməl qadındı. Aldadıldığını əsla sinəyə çəkməz. Övladı olsa belə. Bu zamanın ən bədbəxt qadınları məhz elə belələridi. Çünki həyatda hər şeyi əldə edən, hər şeyin öhdəsindən gələn qadın sevgisizlik yaşadığı an darmadağın olar. Çünki bu qadınlar həmişə səhv kişiləri sevir. (Niyəsi ayrı mövzudu) Sevgi diləndikləri üçün ürəkləri ona yaraşmayan insanı seçir çox zaman. Müasir qadının sevgi problemi elə qadının çox şeyi bilməsində irəli gəlir. Səhv insan seçsə də, tez ayılır, tez ayrılılr, tez boşanır. "Qadın dözməlidi” bu sözü muasir qadın qəbul etmir. Lakin ürəkləri min dəfə qırılsa belə yenə sevər, yenə inanarlar. Çünki istənilən qadına sevgi lazımdı… "Zamanə qadınları" ilə ailə həyatı quran insan isə çox zaman status üçün evlənir, müasirliklə üzlaşmaqdan ötrü, ya da hansısa təbəqəyə çatmaq üçün. Yenə məqsəd!  Yalandan sevdiyini, sevgisini göstərir. Güllər, hədiyyələr… Az bir zamanda kişinin özü də bezir bundan. Ayrılıq… Hər müasir və güclü qadının həyatında boşa getmiş ən azı 4 ili var…
Kişilərin bu yanaşması əsl sevgini görməkdə çətinlik yaradır.


Filmin sonunda qadın tək qalır. Sevmədiyi üçün yox. Sevilmədiyi üçün tez sınır. Sevgi diləndiyi
üçün bir yox, min kişiyə "əl açır”. Sonda pis yenə qadın olur... (atv.az)
 

Mələk Heydərova
xoshbextqadin.az



loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: