«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat

Cazibədar azərbaycanlı aparıcı: "Həyat yoldaşım öz layihə rəhbərim idi, ən çox da məni danlayırdı" - FOTO

Teleaparıcı Jalə Həsənlinin Milli.Az-a müsahibəsi.

- Jalə xanım, uzun illərdir ATV-də çalışmağınıza baxmayaraq bir ildir ki, teleaparıcı olaraq efirə çıxırsınız. Bu vaxta qədər belə bir şans yaranmamışdı yoxsa özünüz istəmirdiniz?

- Çox güman ki, qismət deyilmiş. Mən həmişə Allahın yazısına inanmışam. Əgər bir şey mənim xeyrimə olursa, fikirləşirəm ki, yaxşı ki, bu mənim qismətim oldu. Qismətimdə deyilsə, gecikirsə deməli Allah belə məsləhət görüb və sonda məni daha böyük bir işlə mükafatlandıracaq. Elə də oldu. Mən 7 ildir ki, ATV-də çalışıram, sırf aparıcı kimi 1 ildir ki, fəaliyyətə başlamışam. "ATV-səhər" verilişinə də müsabiqə yolu ilə seçildim. Ümumiyyətlə onu deyim ki, mən ATV-yə də o vaxt müsabiqə yolu ilə seçilmişəm.

 

Cazibədar azərbaycanlı aparıcı: "Həyat yoldaşım öz layihə rəhbərim idi, ən çox da məni danlayırdı" - FOTO

 


- İstərdim təhsil aldığınız illərdən danışaq. Jurnalistika təhsili almısınız?

- Mən əslində İncəsənət universitetində təhsil almaq istəmişəm, amma evdən icazə verməyiblər. Çünki anam hər zaman məni həkim görmək istəyirdi. Elə oldu ki, Bakı Slavyan universitetinin rus dili müəllimliyi fakültəsini bitirdim. Daha sonra filologiya üzrə ixtisas artırma keçdim. Bu günkü gündə Azərbaycan dili və ədəbiyyatı üzrə müəllim kimi də fəaliyyət göstərə bilərəm.

- Valideynləriniz sizə İncəsənət universitetində təhsil almağa icazə verməsələr də, ATV-də çalışmağınıza mane olmayıblar. Axı televiziya sizi daha geniş auditoriyaya tanıdır.

 

Cazibədar azərbaycanlı aparıcı: "Həyat yoldaşım öz layihə rəhbərim idi, ən çox da məni danlayırdı" - FOTO

 


- Əslində bu da bir qismətdir. Mən məktəb illərimdən bütün tamaşalarda rol alıb, tədbirlərdə aparıcı olmuşam. Teleaparıcı olmaq mənim ən böyük arzum idi. Baxmayaraq ki,  həmin illərdə də evdən mənə tərəddüdlə hansısa tədibirin aparıcısı olmağa icazə verilirdi. Ən çox anam icazə vermirdi. Universitetə daxil olduğum illərdə də tədbirlərdə aparıcılıq etdim. Bu həvəsimi görüb anam məni nəhayət ki, sonda dəstəklədi. Bizim universitetə televiziyada çalışmaq üçün tələbələr arasında seçim etməyə gəlmişdilər. Biri ATV-səhərin o vaxtkı layihə rəhbəri, digəri isə redaktoru idi. Mən bilmirdim ki universitetə seçim turuna gələnlərdən biri, vaxt gələcək nə vaxtsa həyat yoldaşım olacaq (gülür). O, həm də o vaxtkı ATV-səhərin layihə rəhbəri idi. Həmin seçimdə mən onun üçün sıradan bir insan idim. Biz sujetlərə çəkilirdik, kamera önündə sərbəst olmaq üçün bizimlə xüsusi məşğələlər keçirdilər.

 

Cazibədar azərbaycanlı aparıcı: "Həyat yoldaşım öz layihə rəhbərim idi, ən çox da məni danlayırdı" - FOTO

 


- Evlilik təklifini sizə necə etdi?

- Biz çəkilişlərə birlikdə gedirdik, birlikdə məşqlər edirdik. Onu da deyim ki, ən çox danlanan işçi də mən olmuşam (gülür). Bu danlaq təkcə mənə qarşı deyildi, ümumiyyətlə o insanda çox gözəl bir xüsusiyyət var. O, işçilərinin çox mükəmməl olmağını istəyir. Bu gün də bu belədir. Hal-hazırda da onun rəhbərliyi altında bir neçə işçi işləyir. İşçilərinə bu gün də deyir ki, çalışın elə işləyin, heç kim sizin işinizdə bir qüsur tapmasın.

- Sualımdan nədənsə yayındınız (gülür).

- Evlilik təklifini danışmaq istəmirəm, qoy o da mənə qalsın (gülür). Ümumiyyətlə gündəmdə olan insanın şəxsi həyatı maraqlı olur, qoy elə maraqlı da qalsın.

 

- Əsas odur ki, xoşbəxtsiniz?

Cazibədar azərbaycanlı aparıcı: "Həyat yoldaşım öz layihə rəhbərim idi, ən çox da məni danlayırdı" - FOTO

 


- Çox xoşbəxtəm, lap çox. Bir oğlum var, onun bu günlərdə artıq 4 yaşını qeyd etdik. Məni hər zaman başa düşən və dəstək olan həyat yoldaşım var. Uğuruma sevinir, uğursuzluğuma mənimlə birlikdə kədərlənir. Bu günkü uğurumun əsas səbəbkarı odur.

- Həyatınızda ən böyük uğursuzluğu nə vaxt yaşamısınız?

- Xeyr, elə bir hal yaşanmayıb. İnşallah ki, heç vaxt da olmaz. Çünki hər zaman məntiqlə, ağılla addım atmışam.

- Çox gözəl xanımsınız. Ola bilməz ki, film yaxud serialdan sizə təklif gəlməsin..

- Serialdan təklif olub, hətta "Yol ayrıcı" adlı bir seriala da çəkilmişəm. Orada əsas obrazın bacısı rolunu canlandırırdım. Sadəcə müəyyən səbəblərə görə serial yarımçıq qaldı. Hardasa 10 seriyaya çəkilmişəm.

- Verilişlərdə birində qonaq olarkən mahnı oxuduğunuzu da gördük. Bu bir həvəs idi yoxsa?

Cazibədar azərbaycanlı aparıcı: "Həyat yoldaşım öz layihə rəhbərim idi, ən çox da məni danlayırdı" - FOTO

 


- Təbii ki, bu məndə sadəcə bir hobbidir. Heç vaxt müğənni olmağı qarşıma məqsəd qoymamışam.

- Yeni mövsümdən sizi hansı verilişdə görəcəyik?

- Onu hələ ki, deyə bilmərəm. Çünki ATV-səhər məzuniyyətə çıxıb. Necə qayıdacağını, hansı kollektivlə qayıdacağını bilmirik. Harada oluramsa olum, xeyirlisi olsun. Əslində düşünülmüş layihələr var, sadəcə istəyirəm ki, sürpriz olsun.

 Sirliqadın.az







Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin: