«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Aynişanı təbrik edib, başqasına söz atdı - Fotolar

"Övlad başqa varlıqdır! Biri çıxar, düşünmədən bir söz deyər və bu, hər kəsi dərin silkələr. Bəzən də bir sənətkar hər səhvi, hər düzü özü kimi bilər. Və hamı, ana-bacı onu dəstək seçər. O şəxs Aybəniz Haşımovadır”.

 

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan yaxın günlərdə toy etməyi planlaşdırılan Aynişan Quliyevanın nikah fotosunu paylaşaraq yazıb. O, Əməkdar artist Aybəniz Haşımova və qızını təbrik etsə də, üstüqapalı başqa bir sənətçiyə söz atıb.

Müğənni təbrik mətninə bu sözləri də əlavə edib:

"Yaşadığı həyat, gördüyü haqsızlıq onu yormadı, gələcək üçün gözəl bir qız böyütdü! Hamımıza "bu gün qismət olsun” deyib hər kəsi təbrik edirəm. Bir şəhid qızı bu gün ailə qurur. Ona böyük sevgi və səbr arzu edirəm, dualarımız onunladır. Xoşbəxt ol, gözəlim”.

 

Aynişanı təbrik edib, başqasına söz atdı - Fotolar

 

R.Ayxanın təbriki cavabsız qalmayıb. A.Haşımova sənətçinin sözlərindən xoşhal olduğunu bildirirək bunları yazıb:

 

loading...


"Röya hər kəsin sevimli müğənnisi və arzusudur. Mənim isə qollarımın arasında günlərlə, bəlkə də, aylarla-illərlə laylasını oxuduğum körpəmdir. Övladımdan öncə onu qucağımda sevdim, bağrıma basanda, beşiyinin başında layla deyəndə ağlımdan belə keçməzdi ki, həmin körpə bu gün bütün Azərbaycanın sevimli müğənnisi olacaq. Bu günə şükür! Bacım Telli xanımın əmanət balası, diqqətinizə görə çox sağ olun”.

 

Aynişanı təbrik edib, başqasına söz atdı - Fotolar

 

 Aynişan Quliyeva isə "Səhnəyə ilk gəldiyi gündən bu günə kimi mahnılarını yorulmadan sevə-sevə dinlədiyim insan, təbrikiniz sevindirdi” deyə, yazaraq sənətçini toyuna dəvət edib.

 

 

Qeyd edək ki, A.Quliyeva tanınmış fitnes müəllimi Kənan Əliyevlə nikah bağlayıb.


 

 

Sirliqadın.az


loading...




Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: