«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Şokoladlı Dondurmalı tort

 

Ərzaqlar:


4 yumurta
1 stəkan un
1 stəkan şəkər tozu
2 xörək qaşığı kakao
1 paket qabartma tozu
1 paket "krem-şanti”
1 stəkan süd
500 qram şokoladlı dondurma
1 çay qaşığı qəhvə (döyülməmiş)
1 stəkan isti su
Vanil


Hazırlanma qaydası:


Yumurtaları qırın, şəkər tozunu əlavə edərək çırpın. Ayrı bir qabda unu, qabartma tozu, kakao və vanili qarışdırın, yoğurun. Sonra qarışığı yuvarlaq qaba tökün, 170 dərəcə isidilmiş sobada 15 dəqiqə bişirin. Sobanın temperaturunu 150 dərəcəyədək aşağı salıb sonadək bişirin.
Bişmiş içliyi üç bərabər hissəyə ayırın, yuvarlaq tort çəmbərinə qoyun.
Daha sonra krem üçün süd və "krem-şanti”ni qarışdırın, qabarana qədər çırpın, şokoladlı dondurmanı əlavə edib qarışdırın.
Qəhvə dənələri və şəkər tozunu isti su ilə qarışdırıb tort içliyinin üstünə sürtün, dondurmalı şantinin bir qismini əlavə edin və yayın.
Tortun ikinci hissəsini ilk hissənin üzərinə qoyun, əvvəlki prosesi təkrarlayın. Sonda üçüncü hissəni qoyun, üzərinə krem-şantini sürtün, dənəvər şokolad və qəhvəni səpin, bəzəyin. Sonra alınmış tortu souyuducunun buzluğuna qoyun, sərtləşəndə çıxarın və süfrəyə verin.


Nuş olsun!


xoshbextqadin.az


loading...




Reytinq: +6
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərhlər
İstifadəçi saytda deyil XOSBEXT QADIN.az 25 iyun 2016 11:17
olsada yesek
Sitat         
Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: