«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat

Simit ( Küncütlü türk bulkaları )

 

Tərkibi:


-Un – 1 kq.
-təzə maya – 40 qr.
-duz – 1 ç.q.
-şəkər tozu – 1 x.q.
-bitki yağı – ¼ stəkan
-ilıq su – 1 stəkan
-küncüt – ½ stəkan

 

loading...
 

 

Hazırlanma qaydası:


Maya ilə şəkər tozunu ilıq suda həll edin, bir neçə dəqiqədən sonra xəmir
yoğurun: əridilmiş maya ilə bərabər duz, yağ və tədricən un əlavə edin. Xəmir yumşaq alınmalıdır. Xəmiri büküb, acımaq üçün 1 saatlıq isti yerə qoyun.


Xəmirdən 2-3 sm-lik kolbasalar düzəldib 5 dəqiqə saxlayın. Sonra kolbasaları 30 sm uzunluqda kəsib dairəvi forma verin. Xəmir zolaqlarını burmaq da olar, belə daha gözəl görünür. Xəmirin uclarını möhkəm
birləşdirin. Hər dairəni əvvəl suya, sonra küncütə salın. Bulkalara küncütün daha çox yapışması üçün azca əlinizlə basa bilərsiniz. Bulkaları formaya düzüb, 20-30 dəqiqə saxlayın ki, xəmir qalxsın.
Simitləri 180 dərəcə temperaturda 15-20 dəqiqə bişirin (simitlərin qalınlığından asılı olaraq az da ola bilər).


Yaxşı olar ki, bişmə prosesini izləyəsiniz, çünki bulkalar nazik olduğundan tez bişir, küncü isə yana bilər.
Bəzi reseptlərdə şəkər tozunun əvəzinə bəhməz (qatı üzüm şərbəti) istifadə edilir. Bu halda xəmirə 2 x.q. bəhməz əlavə edilir, sonda isə bulkalar küncütlənməmişdən əvvəl, suyla bəhməzin  qatışığına batırılır.
Məhz bəhməz bulkalara xüsusi qəhvəyi rəng verir. Simit şokolad pastası, yağ, əridilmiş pendir və ya boş yeyilir.


 Nuş olsun!
 
xoshbextqadin.az
 






Reytinq: +4
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin: