«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Basbura resepti

 
Ərzaqlar
1 st. un
1 st. mannı
1 st. şəkər tozu
1 st. kokos yonqarı
1 st. qatıq
1 st. qoxusuz bitki yağı
1 yumurta
2 ç.q. vanilli şəkər
2 ç.q. qabartma tozu
20 ədəd badam (bəzək üçün)

Şərbəti üçün:
1/2 st. şəkər tozu
1/2 st. sud
2 x.q. limon şirəsi

Hazırlanması
Bir qabda un, mannı yarması, şəkər tozu, kokos yonqarını, vanilli şəkəri və qabartma tozunu qarışdırın.
Qatıq və bitki yağını əlavə edin.
Yumurtanı çəngəllə yüngülcə çalın.
Ümumi qarışığa əlavə edin. Yaxşıca qarışdırın.
Formanı yağlayın (25×25 sm). Basbusa qalın olmasın deyə sininin iri olması daha yaxşı olar. Xəmiri tökün, sinini əlinizlə hərəkət etdirərək xəmirin bərabər yayılmasına çalışın.
Üzərinə gözəyarı bərabər məsafələrdə badamları düzün (basmaq lazım deyil). 

180 dərəcə isidilmiş sobada təxminən 40 dəqiqə bişirin.
Dərhal da şərbət bişirin ki, soyumağa macal tapsın.
Qazançıya şəkər tozu, su, limon şirəsi (təxminən limonun 1/3-i) tökün. Ocağın üstə qoyub qarışdırın, qaynara düşəndən sonra 2-3 dəqiqə bişirin. Hazır şərbəti soyudun.
Bişmiş piroqu da təxminən 20 dəqiqə soyudun.

İti bıçaqla piroqu düzbucaqlı hissələrə doğrayın, elə edin ki, hər birinin ortasına bir (yaxud bir neçə yanaşı) badam düşsün.
İsti piroqun üstünə soyumuş şərbəti qaşıqla tökün. Aralarına şərbət gəzdirməyi də unutmayın.
Piroqu tam soyudun. Yumşaq qalması üçün basbusanı paketdə saxlayın.

xoshbextqadin.az


loading...




Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: