«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Evdə şaurmanın hazırlanması

 
Sous üçün:
 
300-350qram toyuq əti
200qram xama və 200qram mayonez
Zövqə görə 1 və ya 2 diş sarımsaq (əzilmiş)
1çay qaşığı "xmeli-suneli” ədviyyatı, duz, istiot.
Keşniş göyərtisi (narın doğranmış)
 
Qarnir üçün:
 
5-6 ədəd orta irilikdə kartof və 3-4 ədəd duzlu "kornişon” xiyarı.
Zövqə görə təzə xiyar və pomidor da əlavə etmək olar.
 
Hazırlanması:
 
Toyuq ətini nazik-nazik doğrayıb, xmeli-suneli ədviyyatını, duz-istiotunu vurub  tavada azca duru yağda vam odda qızardırıq. Ayrıca qabda xamanı, mayonezi, sarımsaq və keşnişi qarışdırıb qızarmış ətin üstünə tökürük. 10 dəqiqəyə qədər aramsız qarışdırırıq. Sous qaynara düşmək istəyəndə tavanın altını keçiririk.

Süfrəyə verilməsi: 

Kartofu nazik – uzun doğrayıb bol yağda qızardırıq.
Dayaz boşqaba kartof yığıb üstünə ətli sousu əlavə edirik.
Çörəyin, ya da lavaşın arası açılır, kartof düzülür, üstünə ətli sous və duzlu xiyar qoyulur və dürmək tək bükülür... 
Evdə toster varsa onda isitmək olar, yoxdursa,ağzı bağlı tavada o üz, bu üz qızdırmaq olar...
 
Sirliqadın.az


loading...




Reytinq: +7
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: