«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

Bulqur salatı (Kısır) hazırlanması

Ərzaqlar:

2 fincan xırda bulgur (Türkiyədə buna köftelik bulqur deyirlər)
2 fincan qaynar su
1 xörək qaşığı tomat pastası
1 xörək qaşığı qırmızı bibər pastası ( acılığı zövqə görə seçilir)
1/3 fincan zeytun yağı
1 orta ölçülü limonun şirəsi
2 xörək qaşığı narşərab
¼ fincan xırda doğranmış baş soğan
1 fincan doğranmış təzə cəfəri
½ fincan doğranmış təzə nanə
½ fincan göy soğan
Zövqə görə duz və xırdalanmış quru qırmızı acı bibər
Süfrəyə vermək üçün kahı yarpaqları

Bulqur salatı (Kısır) hazırlanması

 


 

 Hazırlanması:


 

 

Birinci olaraq bulqur hazırlanır. Bulquru aşağıdakı 2 üsüldan biri ilə hazırlamaq olar.

1-ci üsul: Bulqur orta ölçülü qaba əlavə olunur. Ayrıca tomat və bibər pastası qaynar suda həll edilir və bulqurun üzərinə tökülür. Sonra isə üzəri qapaqla örtülür. Bulqur suyu tam canınca çəkənə və şişənəcən 20 dəqiqə bir kənarda saxlanılır. Sonra qapaq götürülür. Çəngəl və ya qaşıqla bulqur qarışdırılır.

2-ci üsul: Bulqur orta ölçülü qaba əlavə edilir.Üzərinə çıxana qədər qaynar su tökülür. Qapaqla örtülür. Su bulqura tam hopana və bulqur şişincəyə qədər 20 dəqiqə ərzində ağzı ötülü qabda saxlanılır. Hazır olduqda qarışdırılır. Üzərinə tomat və bibər pastası əlavə edilir.Bütün bunlar əllə yaxşıca qarışdırılır.

Daha sonra bura zeytun yağı,limon şirəsi,narşərab qatılır.

Doğranmış baş soğan və digər göyərtilər əlavə edilir və qarışdırılır. Zövqə görə üzərinə duz və qırmızı bibər qarışığı vurulur.

Hazır salat süfrəyə kahı yarpaqları ilə birlikdə verilir. 

Nuş olsun!
 
Sirliqadın.az

loading...




Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərhlər
İstifadəçi saytda deyil SirliQadın.Az-lı 25 fevral 2017 00:40
Bulqur nedir goresen? no
--------------------
Xəyalımsan_Sən...
Sitat         
İstifadəçi saytda deyil Mavi Dəniz 28 fevral 2017 10:57
Sitat: SirliQadın.Az-lı
Bulqur nedir goresen? no

Yarmadır,düyüyə oxşayır
Sitat         
Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: